Daltonik milyarder: gündə 6 milyon dollar qazanır - YENİ LAHİYƏ - "33"
Bizi izləyin

Digər

Daltonik milyarder: gündə 6 milyon dollar qazanır - YENİ LAHİYƏ - "33"

Publika.az yeni, “33” adlı layihəyə start verir. Niyə məhz 33? “İsa yaşı” adlanan bu rəqəmdə numerologiya izləri və ya hansısa mistika axtarmağa

Publika.az yeni, “33” adlı layihəyə start verir. Niyə məhz 33? “İsa yaşı” adlanan bu rəqəmdə numerologiya izləri və ya hansısa mistika axtarmağa ehtiyac yoxdur, cavab çox sadədir: Biz bu rubrikada 33 yaşına kimi müxtəlif sahələrdə uğur qazanmış, dünyaşöhrəti əldə etmiş adamlar barədə söhbət açacağıq. Birinci qonağımız "Facebook"un yaradıcısı Mark Zukerberqdir. Beləliklə, başladıq!

Mark Zukerberq: 29 yaş, amerikalı proqramçı, dünyanın ən gənc milyonçusu, “Facebook”un yaradıcılarından biri.

“Facebook şirkət olmaq üçün yaradılmayıb. O böyük bir sosial missiyasını yerinə yetirmək - dünyanı daha sıx və əlçatan etmək üçün var”.

Yenə də yəhudi. Zukerberq Nyu York yaxınlığında, kifayət qədər imkanlı yəhudi ailəsində anadan olub. Atası diş həkimi, anası psixoloq olan Mark üç bacının bir qardaşıdır.

Atası indi də evinin birinci mərtəbəsində xəstələrini qəbul edir. Sanki bu 8 ildə heç nə dəyişməyib və Zukerberqin şöhrəti ailənin gündəlik həyatına bir o qədər də təsir göstərməyib.

“Şahzadə” ləqəbli Zukerberqin evdə demək olar ki, bütün istəkləri həyata keçirilib.

Məktəbdə çox yaxşı oxuyub, bir sıra müsabiqə və olimpiadalarda yaxşı nəticələr əldə edib. Sevimli fənni riyaziyyat olan Mark valideynlərinin istəyilə qılıncoynatma idman növü ilə də məşğul olub.

12 yaşında “Çayniklər üçün proqramlaşdırma” kitabını oxuyandan sonra dünyaya baxışı dəyişib.

Kompyuterlər tezliklə onun həyatının əsas hissəsinə çevrilib. 12 yaşında olanda Mark elektron məktubların ötürülməsi üçün xüsusi bir proqram və “Risk” oyununun şəbəkə versiyasını hazırlayıb.

Vunderkind Mark məktəb dərslərindən tez bezib. Atası onu kompyuter dahisi Devid Nyumanın yanına, daha sonra Mercy kollecinə yazdırıb.

Yuxarı sinif şagirdlərinin zarafat və tənələrindən bezən Zukerberq məktəbini dəyişməyə məcbur olub və müstəqil həyata ilk addımını atıb.

2002-ci ildə məktəbi bitirib Harvard Universitetinə qəbul olan gənc dahi, əvvəlcə anası kimi psixoloq olmağı arzulayıb.

Microsoft hələ kollecdə oxuyanda Zukerberqi kəşf edib. Zukerberq AOL və Microsoftun kompyuterdəki musiqilərin istifadəçinin istəyinə uyğun sıralanmasını təmin edən “Synapse” proqramını almaqla bağlı bütün təkliflərini rədd edib.

Bir çox milyonçular kimi Mark da universiteti bitirə bilməyib. Artıq ikinci kursda informasiya texnologiyaları kursuna yazılan Markın başı “Facebook”a elə qarışıb ki, təhsil yaddan çıxıb.

“Proqramçı, komanda lideri, çinli qızların aşiqi, proqramlaşdırmanın Allahı, botanik”,- Mark 17 yaşında şəxsi bloqunda özü haqqında belə yazıb.

“Facmash”bütün universiteti biri-birinə qatır. Markın 2003-cü ilin oktyabrında yazdığı bu proqram vasitəsilə universitetin ən gözəl qızını seçib. “Facmash” bir neçə saat ərzində o qədər geniş izləyici kütləsi qazanıb ki, universitetin kompyuter sistemi alt-üst olub.

Özü üçün yaşayan Mark ünsiyyət qurmaqda həmişə çətinlik çəkib. Danışanda üzü qızaran və kəkələyən Mark mətbuat konfranslarını və müsahibə verməyi buna görə sevmir.

Qızlarla münasibət qurmağa çox can atmayıb. İkinci kursda çinli Printsillə tanışlıqdan sonra həyatının qadınını tapıb. Həyat yoldaşının xətrinə çin dilini də öyrənib.

Zarafatları nadir hallarda kimisə güldürə bilən Zukerberq “Simpsonlar” cizgi filminin 22-ci mövsümündə özünü səsləndirib.

"Facebook" ideyası Zukerberqin ağlına hələ Nyu Hempşirdə məktəbdə oxuduğu illərdə gəlib. Məktəbdə hər il ənənəvi olaraq şagirdlərin adları, fotoları və ünvanlarının yer aldığı məlumat kitabçası dərc olunub. Mark “Üzlər kitabı” ideyasını çox sonralar reallaşdıra bilib.

Kris Hyuz və Dastin Moskovitslə birlikdə işə başlayan Zukerberq maliyyə dəstəyini braziyalı milyonçu Eduardo Saverindən alıb. Maraqlısı budur ki, indi bu adamlardan heç biri şirkət rəhbərliyində yer almayıb.

Hiyləgər Zukerberq 2005-ci ildə kapital artımı oyunundan istifadə edərək Saverini şirkətdən tamamilə uzaqlaşdırıb. Ürəyi soyumayan Mark Saverinin adını "Facebook" yaradıcıları siyahısından da çıxarıb. Ancaq Saverin və onun pulları olmasaydı sosial şəbəkə çətin ki, ərsəyə gələ bilərdi.

Əvvəlcə “The facebook”adı ilə 2004-cü ilin fevralında öz işinə başlayan sosial şəbəkə yalnız Harvard tələbələri üçün nəzərdə tutulsa da tezliklə bütün dünyanı “işğal edib”.

Vinklvos qardaşları Zukerberqi oğurluqda ittiham edən ilk adam deyillər.Qardaşların sözlərinə görə, Mark onlara harvardconnection.com” şəbəkəsini yaratmağa söz verib, vaxtı uzadıb və onların ideyalarını oğurlayaraq “Facebook”u yaradıb. Zukerberqdən milyonlarla dollar təzminat alan qardaşların məhkəmə çəkişmələri hələ də davam edir.

Çin restoranında Şon Parkerlə tanışlıq Markın həyatında hər şeyi müsbətə doğru dəyişib. 2004-cü ilin iyununda Şon “Facebook”un prezidenti olur və şirkət sürətlə inkişaf edir. 2005-ci ildə heroin istifadəçisi Parker vəzifəsindən uzaqlaşdırılıb.

2007-ci ilin oktyabrında Microsoft 240 milyon dollar müqabilində Facebook səhmlərinin 1,6 faizini aldığını açıqlayıb.

Facebook ilk dəfə 2009-cu ildə xərclədiyindən çox qazanmağa başlayıb.

2010-cu ilin noyabrında facebook səhmlərinin qiyməti 40 milyard dollara çatıb. Beləliklə, facebook“Google” və “Amazon”dan sonra üçüncü ən böyük internet şirkətinə çevrilib.

Hazırda facebook istifadəçilərinin sayı 1,2 milyard nəfərdən çoxdur və hər dəqiqə artır.

“Facebook” ona görə göy rəngdədir ki, Zukerberq daltonikdir və seçə bildiyi yeganə rəng məhz göydür.

“Ən arzuolunan subay” titulunu Zukerberq 2012-ci ilin mayında itirib. Mark 19 yaşından sevgili olduğu Çin əsilli Pristsil Çanla ailə həyatı qurub. Çoxları Çanı eybəcər və zövqsüz hesab etsə də Zukerberq ixtisasca həkim olan həyat yoldaşını çox sevir.

Toy qonaqlar üçün əməlli başlı sürpriz olub. Cütlük Pristsillanın doktorluq dərəcəsi alması münasibətilə şənlik təşkil edib və Palo-Altodakı evə gələnlər gəlinlə bəyi görəndə şoka düşüblər.

Netanyahu və Şimon Peresi geridə qoyan Mark “Maariv” jurnalının keçirdiyi sorğuya əsasən, ötən ilin ən nüfuzlu yəhudisi seçilib.

ABŞ yəhudiləri cəmiyyətinin sədri Zukerberqə müraciət edib və dərhal yəhudi olmayan Çandan ayrılmasını tələb edib. İcma sədrinin fikrincə, yəhudi olmayan qadınla nikaha girən Zukerberqin övladları da yəhudi sayılmayacaq və lənətlənəcəklər.

Ərəb baharı və kütləvi etiraz aksiyalarının təşkilində facebook-un rolu danılmazdır. Buna görə də sosial şəbəkəni ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsi adlandıranlar da var.

Misir inqilabının aktiv iştirakçılarından biri qızını Feysbuk Camal İbrahim adlandırıb. Bununla, ata Misir inqilabında böyük rol oynayan şəbəkəyə təşəkkür edib.

“Yanukoviç get”- Bir neçə gün öncə sosial şəbəkələrdə Zukerberqin Ukraynadakı hadisələrə dəstək olaraq tutduğu “Zeka get” yazısı Maydan iştirakçılarını əməlli-başlı ruhlandırıb.

Sabiq kəşfiyyatçı Edvard Snoudenin mətbuata sızdırdığı faktlar nəticəsində Milli Təhlükəsizlik Agentliyinin rahatlıqla istənilən şəxsin "Facebook" yazışmalarına və məlumatlarına nəzarət etdiyi məlum olub. Barak Obama da bu faktı gizlətməyib.

Snouden qalmaqalından sonra 9 milyon Amerika və 2 milyon İngiltərə vətəndaşı facebook hesablarını bağlayıblar. “Facebook”un təhlükəsizliyi ilə bağlı ittihamlar tez-tez gündəmə gəlir.

Viskonsin Universiteti mütəxəssislərinin fikrincə, dünyada artan ölümlər, intiharlar və depressiyaların əsas səbəbkarlarından biri də “Facebook”dur. Şəxsi məlumatların yayılması, insanların həsəd obyektinə çevrilməsi və tez məşhurlaşmaq sindromu sosial şəbəkənin yaratdığı fəsadlardandır.

Ən zövqsüz geyinən 10 məşhurdan biri olan Zukerberq ötən il “Esquire” jurnalı tərəfindən hazırlanan siyahıya liderlik edib.

Zukerberq yalnız prezident Barak Obama və Dmitriy Medvedyevlə görüşdə qara kostyum geyinib və qalstuk taxıb. Adi günlərdə isə dünyanın ən gənc milyonçusu cins şalvar və adi köynəkdən çıxmır.

“Sosial şəbəkə” filmi "Facebook"un qaranlıq və mübahisəli tərəflərini göstərib. Xuliqan, satqın və qorxaq Zukerberqi Cessi Ayzenberq canlandırıb. Zahiri görkəmcə Marka çox oxşayan Cessi də Nyu Yorkdandır və Zukerberqdən cəmi bir yaş böyükdür.

Devid Finçin Oskar, Qızıl Qlobus, MTV kimi nüfuzlu mükafatları qazanan filmin süjet xəttinə görə, sevgilisi Erika Olbrayt tərəfindən atılan Mark depressiyadan və tənhalıqdan xilas olmaq və Erikadan qisas almaq üçün sosial şəbəkəni yaratmaq qərarına gəlib.

29 yaşında 19 milyard dollar sərvət qazanan Zukerberq işlənmiş maşın sürür və sadə bir evdə yaşayır.

Ziyafətləri və əyləncələri sevməyən Zukerberq ailəsi nadir hallarda evdən çıxır, adi “fast-food” restoranlarında yeyirlər.

Gündə 6 milyon dollar qazanan Mark dünyanın ən varlı 400 adamı arasında 20-ci yerdə qərarlaşıb.

Gənc dahi ilə birbaşa ünsiyyət qura bilən jurnalistlərin sayı barmaqla sayılacaq qədər azdır. "Facebook" onları diqqətlə seçir. Bəxti gətirən qələm sahiblərindən biri David Kirkpatrikdir. Zukerberq özü şəxsən ona bioqrafiyasını yazmağı həvalə edib.

“Facebook effekti” adlanan 300 səhifəlik kitabda Zukerberq haqqında yalnız xoş sözlər yer alıb.

2013-cü ilin iyununda Zukerberq digər "Facebook" əməkdaşları ilə birgə San-Fransiskoda keçirilən gey paradda iştirak edib.

Zukerberqi işçiləri arasında ən populyar insandır. “Glassdoor” saytının apardığı sorğuya əsasən, şirkət çalışanlarının 90 faizi rəhbərlərinə müsbət münasibət bəsləyir.

İnsanlar hər gün "Facebook"da trilyonlarla məlumat paylaşır, harada olduqlarını, nə etdiklərini, nələri sevmədiklərini yazır. Özləri də bilmədən özləri haqqında bütün informasiyaları ötürürlər. Maraqlısı budur ki, süni intellekt sahəsində araşdırma aparan ən böyük mərkəzlərdən biri məhz Zukerberqin məzun olduğu Harvard Universitetindədir.

Bu il Zukerberqin həyatında olduqca əlamətdar ildir. Zukerberq özünün 30, "Facebook"un 10 yaşını və həyat yoldaşı Çanla tanışlığının 10-cu ildönümünü qeyd edəcək.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm