Ərdoğan rəqiblərini həbs etdirdi
Bizi izləyin

Digər

Ərdoğan rəqiblərini həbs etdirdi

Telefon danışıqlarının qeyri-qanuni dinlənilməsində ittiham olunan polis əməkdaşlarının hökumətin yuxarı dairələrində iddia edildiyi korrupsiya ilə bağlı və Baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsinin də adı hallandığı araşdırmada iştirak etdikləri bildirilir.

Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hazırkı əməliyyatın tərkib hissəsi kimi iyul ayında azı 67 polis əməkdaşı həbs olunmuşdu.

Dövlət mətbuatı xəbər verir ki, çərşənbə axşamı ölkənin 13 bölgəsində polis reydləri keçirilib.
Yuxarı hökumət dairələrində korrupsiya istintaqı ötən ilin dekabr ayında başlayıb.

Araşdırmanın nəticəsinə əsasən, üç nazirin oğlu həbs olunub, dörd nazir vəzifələrindən kənarlaşdırılıb.

Fevral ayında yayılmış və telefon danışığının yazısı olduğu iddia edilən səs yazısında guya Ərdoğan öz oğluna milyonlarla avrodan qurtulmağı xahiş edibmiş.

Rəcəb Tayyib Ərdoğan həmin yazını "qurama" adlandıraraq rədd edib.

Türkiyə hökuməti həbs olunmuş polis zabitlərinin ABŞ-da yaşayan dini xadim Fəthullah Gülənin rəhbərlik etdiyi Hizmət hərəkatı ilə bağlı olduqlarını güman edir.

Rəsmi Ankara Gülənin Hizmət hərəkatını hökuməti devirmək məqsədi güdməkdə ittiham edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm