Digər
“Buraxmanız lazım gələni buraxmadan azad ola bilməzsiniz...”
Konfutsi bir gün əlində bir şüşə stəkan, o biri əlində isə çox böyük qırmızı alma ilə sinfə daxil olur. Girər-girməz sağ əlini havaya qaldıraraq soruşur: “Bu əlimdə gördüyünüz şey nədir?”
“Stəkan!..” deyə xor halında tələbələr cavab verdilər.
Konfutsi digər əlini havaya qaldırdı: “Bəs bu nədir?”
“Alma...”
Əllərini endirdi. Stəkanı masanın üstünə qoydu. Əlində-ki almanı içinə atdı. Gülümsəyərək sinfə döndü: “Stəkandan çıxarmağı bacaran almanı yeyəcək”. Uşaqlardan biri qalxdı.
“Mən çıxara bilərəm”.
“Gəl, çıxar, baxaq”, - Konfutsi dedi. Tələbə əlini stəkana rahatca saldı, almanı asanlıqla ovcuna aldı, amma heç cür çıxara bilmədi. Alma ilə birlikdə əli stəkanın ağzından çıxmırdı. Fəqət, o, almanı da buraxmaq istəmirdi. Konfutsiyə yalvarış dolu gözlərlə baxdı: “Müəllim, əlimi çıxarda bilmirəm”.
“Almanı burax”, - Konfutsi dedi.
“Amma almanı yemək istəyirəm.”
Bütün siniflə birlikdə Konfutsi də qəhqəhə çəkdi: “İki şeyə eyni anda hər zaman qovuşa bilmirsən, oğlum. Seçim etmək məcburiyyətində qala bilərsən”.
Uşaq düşünür, yollar axtarır, amma tapa bilmirdi. Ya əli stəkanda qalacaqdı, o zaman onsuz da almaya qovuşmayacaqdı, ya da almadan vaz keçib əlini qurtaracaqdı. Hər ikisində almanı yemək zövqündən məhrum qalırdı. Məcburən almadan vaz keçdi, əlini qurtardı. Konfutsi sinfə diqqətlə baxdı, “Bəs bu almanı stəkandan mən çıxara bilərəmmi?”
“Xeyr!.. - bütün sinif bağırdı. - İmkansız...”
Konfutsi isə onların imkansız dediyimi edə bilir. Hər kəsin gözünün önündə ovcunu açır. Stəkanı tərs çevirir və alma yuvarlanaraq əlinə düşür. Bu nəticəni görən hər kəs çox təəccüblənir. Bu qədər sadə bir üsul nə üçün onların ağıllarına gəlməmişdi? Konfutsi isə hər kəsin əksinə son dərəcə ciddi görünürdü.
“Uşaqlar, əslində bu, göründüyü qədər sadə bir şey deyil,” – dedi.
“Amma çox sadə, ”- deyə uşaqlardan biri cavab verdi.
“Stəkanı tərs çevirincə alma ovcunuza düşdü.”
“Görünənə aldanma, övlad”, - deyən Konfutsi danışan uşağa döndü. Alma tutan əlini havaya qaldırıb, hər kəsə göstərdi: “Gərəkdiyi zaman bir şeyi buraxa bilmək, gerçək-dən sadə bir şey deyil”.
Buraxmanız lazım gələn şey bəzən bir alma ola bilər;
Buraxmanız lazım gələn şey bəzən bir məqam ola bilər;
Buraxmanız lazım gələn şey bəzən bir rütbə ola bilər;
Buraxmanız lazım gələn şey bəzən bir ünvan ola bilər;
Buraxmanız lazım gələn şey bəzən bir insan ola bilər;
Buraxmanız lazım gələn şey bəzən ən sevdiyiniz ola bilər...
“Unutmayın: Buraxmanız lazım gələni buraxmadan azad, sərbəst ola bilməzsiniz...”
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB