Əli İnsanov həbsdən çıxır və media holdinq qurur
Bizi izləyin

Digər

Əli İnsanov həbsdən çıxır və media holdinq qurur

Həbsdə olan keçmiş Səhiyyə naziri Əli İnsanov yaxın günlərdə həbsdən azad ediləcək.

Həbsdə olan keçmiş Səhiyyə naziri Əli İnsanov yaxın günlərdə həbsdən azad ediləcək.

Bu barədə “Axar.az”ı məlumatlandıran mənbənin sözlərinə görə, keçmiş nazir yeni media şirkətin qurulması barədə artıq öz adamlarına göstəriş də verib.

Bildirilir ki, keçmiş nazirin media şirkətində xəbər saytı ilə bərabər, qəzetin də buraxılması nəzərdə tutulub. Keçmiş nazir həmçinin gənclərin fəaliyyəti üçün mərkəzin təsis edilməsi göstərişini də verib. Bu mərkəzdə müxtəlif dərnəklər və xarici dillərdə hazırlıq kurslarının təşkil edilməsi planlaşdırılır.

Məlumatda deyilir ki, bu məqsədlə “Gənclik” metrosu yaxınlığında bir villa icarəyə götürülüb. Həm media şirkəti, həm də gənclər mərkəzi həmin villada fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm