Digər
İsa Qəmbər Əli Kərimliyə dəyişildi, Müsavat AXCP-ni ittiham etdi
Müsavatın gənc üzvü Teymur Məmmədli partiyasını AXCP-yə dəyişib. Publika.Az xəbər verir ki, Müsavat Partiyasının Binəqədi Rayon təşkilatının üzvü Teymur Məmmədli partiyadan istefa verib.
O, bu addımını Müsavatın Milli Şuradan çıxmasına etiraz olaraq atıb.T. Məmmədli bildirib ki, bundan sonra fəaliyyətini AXCP-də davam etdirmək istəyir və bununla bağlı AQXCP rəhbərliyinə müraciət edəcək.
“Azadlıq.info” xəbər verir ki, müsavatçı gənc onların
redaksiyasına müraciət edərək istefasını təsdiq edib və bildirib
ki, AXCP və onun sədri Əli Kərimli demokratiya uğrunda prinsipial,
ardıcıl mübarizə apardığı, eləcə də AXCP-nin hazırda
Rəsulzadə-Elçibəy yoluna sadiq ən güclü partiyalardan olduğu üçün
bu partiyanın sıralarına qatılmaq istəyir: “Ona görə mən bu
təşkilatın üzvü olmaqdan qürur duyaram. Mən əqidəsiz insan deyiləm.
Sadəcə olaraq öz təməl prinsiplərinə sadiq olmayan təşkilatda
qalmaqda istəmirəm”.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas isə
Publika.Az –a açıqlamasında T. Məmmədlini
tanımadığını, ilk dəfə gördüyünü deyib: “O oğlanı tanımıram,
birinci dəfə də şəkildə gördüm. Müsavatın aktiv olan yüzlərlə
gəncinin demək olar ki, hamısını tanıyıram, ancaq birinci dəfədir
belə bir adam haqqında eşitdim. Ola bilər ki, kağız üzərində
Müsavat Partiyasının üzvü olsun, ancaq onun partiyanın
tədbirlərində, aksiyalarında, iclaslarında heç zaman
görməmişəm”.
Müsavatçı gənclərin rəhbəri AXCP-ni belə təbliğat apardığı üçün
qınayıb.“Bunlar siyasi təbliğat metodudur, ümumiyyətlə mən təəssüf
edirəm ki, ölkədə daha mütərəqqi siyasi sistemin qurulması üçün
çalışdığını iddia edənlər belə siyasi təbliğat metodlardan
yararlanırlar”-deyə Ə. Abbasov xəbəri təkzib edib.
Asif
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB