Ədəbiyyat nə istəyir?
Bizi izləyin

Digər

Ədəbiyyat nə istəyir?

Yazıçılar bədbəxt insanlardır

(Naməlum müəllif)

Yazmağa başladığım ilk vaxtlardan bu günə kimi həmişə yazıçıların taleyi ilə maraqlanmışam. Daha doğrusu, həmişə heyfislənmişəm ki, əksər böyük yazıçılar niyə həyatlarını ədəbiyyata, sənətə qurban verirlər.

Dünya ədəbiyyatında, bizim ədəbiyyatımızda buna xeyli misallar çəkmək olar.

Məsələn, dünyanın ən məşhur yazıçılardan olan polyak əsilli amerikan yazıçısı Çarlz Bukovskinin həyatı faciə ilə dolu olub. Ailəsi dağılıb, kasıblıq çəkib, bütün həyatı boyu bomj kimi küçələrdə səfil-səfil dolaşıb, içkiyə qurşanıb... Siyahını uzatmaq da olar, amma mənə elə gəlir, bu qədər kifayətdiк. Bir böyük yazıçının düşdüyü bu vəziyyət, əlbəttə, illər acısıdır. Bir xatırlatma da edim ki, bu yazıçı kasıblıq ucbatından sifarişlə 6 bulvar romanı yazdı və bundan sonra məhşurlaşdı. Çarlz Bukovskinin bu romanları o dövrün ən oxunaqlı əsərləri sırasına daxil idi. Ancaq di gəl ki, o yenə də bədbəxt idi.

Böyük rus yazıçısı Tolstoy ömrünü ədəbiyyata sərf etdi və sonda şaxtalı havada canını tapşırdı. “Kazaklar”ı, “Hacı Murad”ı, “Anna Karenina”nı, “Hərb və sülh”ü yazan yazıçı mütləq yaşamaq həvəsini öldürməli idi.

Dostoyevskinin, Bulqakovun, Platonovun, bizim yazıçı və şairlərdən Sabirin, Mirzə Cəlilin, Məhəmməd Hadinin, Mikayıl Müşviqün, Cavid əfəndinin, Namiq Abdullayevin və digərlərinin həyatı puça dönməmişdimi?..

Ədəbiyyat qatil kimi bir şeydir – onun əlinə keçən ya məhv olmalı, ya da uğursuzluğa düçar olmalıdır.

Ədəbiyyat, içində istedad yanğısı olan insanların yazdığı əsərə canını tapşırmağını, ruhunu ona həvalə etməsini tələb edir.

Əks halda həmin insan ədəbiyyata borcunu verə bilmir. Söhbət fiziki mənada canını verməkdən getmir, mənəvi duyğuların ədəbiyyata təslim olmasından gedir.

Kim bunu bacarırsa, ədəbiyyat onu öz quluna çevirir və o insan yaşam həvəsini yazdığı əsərə keçirir, bununla da onun həyatı bədbəxtliyə doğru yuvarlanır.

Kim ki, ədəbiyyatın tələbinə cavab vermir, o, demək ki, istedadsız və məqsədsiz bir insandır. Onun yaşam telləri yalnız həyata bağlandığından, ədəbiyyata sarılmağa gücü yetmir.

Ədəbiyyat – həyat kimi bir şeydir, onu öyrənməkdən daha çox sevmək lazımdır. Sevmək lazımdır ki, öyrənmək həvəsi də yaransın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm