Qənirə Paşayeva Hindistan Parlamentində Ermənistanın işğalçılıq siyasətindən danışıb
Bizi izləyin

Digər

Qənirə Paşayeva Hindistan Parlamentində Ermənistanın işğalçılıq siyasətindən danışıb

Hindistana səfəri çərçivəsində Hindistan Parlamentinin baş katibi U.S.Saxena ilə görüşən millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanla Hindistan arasıda qədim zamanlardan başlayan tarixi münasibətləri xüsusi vurğulayaraq Azərbaycan, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar, Qarabağ münaqişəsi barədə də danışıb.

Parlamentdə Azərbaycanın ön cəbhə bölgələrindən birini təmsil etdiyini deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın 20 ildir işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə dönə bilməməsi və onların çəkdikləri özəlliklə mənəvi əziyyətləri xüsusi vurğulayıb.

Azərbaycanın Hindistanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycan Parlamentində Azərbaycan-Hindistan Parlamentlərarası Dosluq Qrupunun fəaliyyətindən və parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətindən də danışıb. Millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı Hindistanda görməkdən çox məmun olduğunu deyən Hindistan Parlamentinin baş katibi U.S.Saxena Hindistanın və Hindistan Parlamentinin Azərbaycanla əməkdaşlığın və əlaqələrin daha da inkişafında maraqlı olduqlarını və bütün istiqamətlərdə bunun üçün böyük potensial olduğunu deyib və səylərin artırılmasının vacibliyinə toxunub. Hindistanda yeni seçkilərin keçirildiyini və parlamentin yeni formalaşdığını deyən U.S.Saxena Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun da formalaşmağa başladığını və qrup tam formalaşdıqdan sonra Azərbaycan Parlamenti ilə əlaqə və əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını deyib.

Millət vəkilinin Azərbaycan-Hindistan münasibətlərinin tarixi kökləri ilə bağlı söylədiyi faktların onun üçün çox maraqlı olduğunu bildirən U.S.Saxena bütün istiqaətdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu deyib və düşüncələrini bölüşüb. Azərbaycan və ölkəmizin inkişaf göstəriciləri ilə bağlı Hindistan Parlamentinin baş katibi U.S.Saxenanı maraqlandıran sualları da cavablandıran millət vəkili Qənirə Paşayeva ona Azərbaycan tarixi,mədəniyyəti, Qarabağ, Xocalı Soyqırımı həqiqətlri ilə bağlı materiallar, kitablar və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib. Millət vəkili Qənirə Paşayeva U.S. Saxenaya rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloğunu da təqdim edib və sizi hər zaman Azərbaycanda görməkdən məmun olarıq deyib.

Görüşdə iştirak edən Azərbaycanın Hindistandakı fövqaladə və səlahiyyətli səfiri İbrahim Hacıyev də Azərbaycan Hindistan münasibətlərinin inkişafına toxunaraq bu münasibətlərin daha da inkişaf üçün böyük potensial olduğunu və əməkdaşlığın gələcəyə doğru daha da genişlənəcəyin deyib və geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm