İrina Şeyk: “Seksual foto çəkdirmək mənim işimdir”
Bizi izləyin

Digər

İrina Şeyk: “Seksual foto çəkdirmək mənim işimdir”

Dörd il bundan qabaq İrina Şeyxlislamova və planetin ən yaxşı futbolçusu hesab olunan portuqaliyalı Kriştianu Ronaldo arasında başlanan sevgi münasibətləri bugünədək davam etməkdədir.

O vaxtdan etibarən İrina ən tanınmış rus qızlarından birinə çevrilib. Elə bundan sonra da, İrina “Herakl” filminin baş qəhrəmanı Dueyn Consonun arvadı rolunda oynayıb. Soyadını qısaldan model o vaxtdan bəri bütün dünyada İrina Şeyk kimi tanınır. 28 yaşlı modelin şəxsi həyatı isə gündəmdən düşmür. Çünki bu müddət ərzində o, futbolçunun arvadı olmaq arzusuna çata bilməyib, üstəlik, ayda iki dəfə onların ayrılması haqda xəbərlər yayılır.

- Bütün manekenlər Hollivudda aktrisa olmaq arzusundadır?

- Mən heç zaman aktrisa olmaq haqda özümə sual verməmişəm. Mən moda dünyasında daha rahatdır və heç zaman təsəvvürümə belə gətirə bilməzdim ki, nə zamansa aktrisa ola bilərəm. Sadəcə, mənə Herkulesin arvadı rolunu oynaya biləcək qızı axtaran rejissorla görüşməyimi məsləhət gördülər. Ona yarıallahın yanında ola biləcək gözəl, seksual persona lazım idi.

- Demək istəyirsiniz ki, ona gözəl əşya lazım idi?

- Yox, mən belə hallarla bağlı illüziya qurmuram. Hər halda, məni filmə aktyorluq bacarığıma görə dəvət etməyiblər, bundan əlavə, “Herakl” mənim ilk çəkildiyim film idi. Mənim geyimim ekranda çox seksual görünür. Maneken kimi işlədiyim uzun illərdən sonra çimərlik geyimi və ya alt paltarında belə öz bədənimi gözəl hiss edirlərm. Buna görə də, “Herakl” filminə dəvət aldım.

- Modadan kinoya keçid asan oldu?

- Mənim bəxtim gətirdi ki, tərəf müqabilim Dueyn Conson idi. Onun bütünlükdə əzələdən ibarətdir və atlet bədən forması var. Bununla yanaşı, o, çox mehriban və diqqətcildir. Elə ilk gündən də məni öz qanadının altına aldı. Hər uğurlu kadrdan sonra o, mənə ürək-dirək verirdi.

- Bu haqda həyatınızın sevgisi olan Kriştianu Ronaldo nə fikirləşir?

- O, xoşbəxt idi və mənimlə fəxr edirdi. Biz ilk tanışlığımızdan bəri bir-birimizi dəstəkləyirik və çalışırıq ki, münasibətlərimizə xələl gətirməsin.

- Siz hətta jurnalların biri üçün çılpaq pozada şəkil çəkdirmisiniz.

- Seksual foto çəkdirmək mənim işimdir. Biz bunu dünya çempionatı öncəsi futbol azarkeşləri üçün etmişdik. Dostumuz olan məşhur rəssam Mario Testinonun qarşısında da soyunduq.

- Ronaldonu aktyor kimi təsəvvür edə bilirsiniz? Bu, sizin birgə filminiz ola bilərdi.

- Bunu ondan soruşmaq lazımdır. Öz tərəfimdən deyə bilərəm ki, onunla birgə filmə çəkilməyi təsəvvürümə gətirə bilmirəm. Bu çox qəribədir – sevdiyin kişi ilə eyni filmdə çəkilmək.

- Öz gələcəyinizi necə görürsünüz?

- Ana kimi! Mən özümü çoxlu uşaqların əhatəsində təsəvvür edirəm. İşimə gəldikdə isə, demək olar ki, moda mənim istədiyim bütün qapıları üzümə açır. Və mən asanlıqla özümü televiziya aparıcısı və ya geyim üzrə dizayner kimi görə bilirəm. Bu gün kinoya çəkildimsə, sabahsı mən aktrisa olmaya da bilərəm. Bu, sanki lotoreyaya bənzəyir: bu gün uduşum böyük oldu, lakin sonrasını da gözləmək ağılsızlıqdır.

- Görünür, gözəl maneken həyatında çətinlik çəkməyib...

- Mənim atam kömür zavodunda şaxtaçı, anam isə ibtidai məktəbdə musiqi müəlliməsi olub. On dörd yaşım olanda atam pnevmoniya xəstəliyindən dünyasını dəyişib. Anam məni və bacımı böyütmək üçün 2 işdə çalışmalı olub...

- Kriştianu ilə harada baş-başa qalmağı xoşlayırsız?

- Portuqaliyada evdə dənizin kənarında. Lakin mən bu yerin hara olduğunu məxfi saxlayıram...

- Futbolu sevirsiniz?

- Mən bunu sizə deməməliyəm, lakin mən tennisi futboldan üstün tuturam, əsasən də Nadal və Federer oynayanda.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm