Rusiyadan yeni baş katibə “soyuq müharibə” xəbərdarlığı
Bizi izləyin

Digər

Rusiyadan yeni baş katibə “soyuq müharibə” xəbərdarlığı

“NATO-nun yeni baş katibinin bəyanatları optimizmə əsas vermir”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaş Şimali Atlantika İttifaqının (NATO) yeni baş katibi Yens Stoltenberqin Rusiya ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Faktiki olaraq NATO baş katibinin bəyanatlarına Uels sammitində qəbul olunan qərarları yüklənib. Yeni baş katibinin bir başqa siyasi kursa malik olacağını düşünmək sadəlövhlük olardı. Belə bir atmosferdə dialoqu bərpa etmək çox çətin olacaq. Həm də Rusiya bu vəziyyətin gunahkarı deyil”, - deyə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, NATO yeni baş katibi, Norveçin sabiq baş naziri Y.Stoltenberq bu postda verdiyi ilk müsahibədə Ukraynaya dəstəyini ifadə edib.

Y.Stoltenberq Rusiyanın Ukraynada pozucu fəaliyyətini davam etdirdiyini qeyd edib və Moskvanı beynəlxalq hüquqa uyğun olaraq öz davranışını dəyişdirməyə çağırıb.

“Biz atəşin dayandırılması imkanlarını görürük, amma eyni zamanda atəşkəs rejiminin pozulduğunu görürük. Vəziyyət çox kövrəkdur. Rusiya Ukraynada pozucu fəaliyyəti davam etdirməklə beynəlxalq qanunları pozur. Rusiyanın hərbi müdaxiləsi Ukraynada böhranın əsas səbəbidir. NATO Rusiya ilə qarşıdurma vəziyyətində olmaq istəmir, amma biz ittifaqın əsaslandığı prinsiplər üzrə kompromisə getməyəcəyik”, - deyə NATO-nun yeni baş katibi vurğulayıb.

O qeyd edib ki, ittifaqın müstəqil, suveren və sabit Ukraynaya tam dəstəyi davam edəcəyik: “Avropanın hər milləti öz yolunu seçmək üçün azad olmalıdır. Biz Rusiyanın davranışında beynəlxalq hüquqa və Rusiyanın üzərinə götürdüyü öhdəliklərə uyğun dəyişiklikləri görməliyik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm