ABŞ Şərqlə bağlı planlarını açıqladı
Bizi izləyin

Digər

ABŞ Şərqlə bağlı planlarını açıqladı

İŞİD terror qruplaşmasının Kobani hücumu ilə bağlı ABŞ-dan yeni bir açıqlama gəlib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət katibi Con Kerri Kobanidə yaşananların faciəvi olduğunu dilə gətirib.

Dövlət katibi İŞİD-in Kobanidə irəliləyişinin ABŞ və müttəfiqlərinin bölgədəki uzunmüddətli strategiyasına maneə törətdiyini ifadə edib.

ABŞ-ın Boston şəhərində jurnalistlərə danışan C.Kerri koalisiyanın strategiyasının və İŞİD-ə verəcəyi cavabın yalnız Kobani ilə məhdudlaşmadığını deyib. “Koalisiyanın yaradılmasından bir neçə həftə keçdi. Koalisiyanın əsas məqsədi İraq hökumətinin nəzarətinin yenidən təmin etməsi və İŞİD-ə qarşı irəliləməsi üçün meydanın əldə olunmasıdır”, - deyə ABŞ dövlət katibi vurğulayıb.

Son xəbərlərə görə, İŞİD terror qruplaşması Kobani şəhərinin üçdə birinə nəzarət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm