Polşalı general: “Rusiyanın minlərlə əsgəri həlak olacaq”
Bizi izləyin

Digər

Polşalı general: “Rusiyanın minlərlə əsgəri həlak olacaq”

Rusiya qoşunları qış aylarında Krım yarımadasına dəhlizi açmağa cəhd edə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Baltic Business Forum”da Polşa ordusunun istefada olan generalı, müdafiə nazirinin keçmiş müavini Valdemar Skşopçak deyib.

Onun sözlərinə görə, Krıma quru dəhlizinin açılması cəhdi Rusiyanın minlərlə əsgərinin həlak olmasına gətirib çıxaracaq.

“Minlərlə insan öləcək. Bu isə Putin üçün problem yaradacaq. Çünki ölən əsgərlərin anaları övladlarının niyə öldüyünü soruşacaqlar? Putinin və ya Rusiyanın ambisiyaları üçünmü?”, - deyə Skşopçak bildirib.

Polşalı general xatırladıb ki, Ukraynada artıq xeyli sayda rusiyalı hərbçi həlak olub və bu ölümlər ictimaiyyətdən gizli saxlanılır. Generalın fikrincə, Qərb dövlətlərinin siyasi təzyiqi və Ukrayna ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsi sayəsində Putin Krıma dəhliz açmaq fikrindən imtina edə bilər.

“Qorxuram ki, Ukrayna ordusu Rusiyanı təkbaşına saxlaya bilməsin”, - o, deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm