“Erməni soyqırımı” Fransada yenə də seçkilərin gündəmidir
Bizi izləyin

Digər

“Erməni soyqırımı” Fransada yenə də seçkilərin gündəmidir

Mart ayında keçiriləcək bələdiyyə seçkilərində Fransa Sosialist Partiyasının Paris bələdiyyə sədrliyinə namizədi Anne Hidalgo Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünün “erməni soyqırımı”nı tanıması ilə mümkün olacağını söyləyib.

Mart ayında keçiriləcək bələdiyyə seçkilərində Fransa Sosialist Partiyasının Paris bələdiyyə sədrliyinə namizədi Anne Hidalgo Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünün “erməni soyqırımı”nı tanıması ilə mümkün olacağını söyləyib.

Publika.Az –ın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, 2001-ci ildən Paris bələdiyyə başçısı Bertrand Delanoenin köməkçisi vəzifəsini icra edən Hidalgo fransızca nəşr olunan “Nouvelles Armennie” erməni jurnalına müsahibə verib.

Hakim partiyanın üzvü “Türkiyənin Avropa İttifaqına üzvlüyü insan haqlarının qorunması istiqamətindəki irəliləyişi və erməni soyqırımının tanınması ilə reallaşa bilər. Başqa cür ola bilməz” söyləyib. Fransada “erməni soyqırımı” iddialarının inkarını qadağan edən qanunu da müdafiə etdiyinin vurğulayan A.Hidalgo prezident Fransua Hollandenin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməyəcək bir qanunla bağlı söz verdiyini bildirib. Prezidentin “inkar qanunu” ilə bağlı mövqeyinin son dərəcə dəqiq olduğunu ifadə Hidalgo Hollandenin Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının üzvləri ilə görüşündə sözügedən qanunu yenidən gündəmə gətirəcəyi barədə sözünü də xatırladıb.

O, həmçinin xatırladıb ki, Paris meri Delanoeni 2015-ci ildə soyqırım iddialarının yüzüncü ildönümü ilə əlaqədar anma mərasimlərinin keçirilməsinə Paris bələdiyyəsinin maddi dəstək verəcəyinə söz verib. A.Hidalgo 2015-ci ildə Parisdə “Mədəniyyət və erməni yaddaşı mərkəzi”nin qurulması üçün də erməni cəmiyyətinə Paris bələdiyyəsinin dəstək verəcəyini ifadə etdi.

Fransadakı erməni cəmiyyətinin Nikolas Sarkozi dövründə son dərəcə zərər çəkdiyini ifadə edən Paris bələdiyyə başçılığına namizədi soyqırımı iddialarını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun da Sosialist Partiyası və F.Hollande tərəfindən dəstəktəkləndiyini dilə gətirib.

Qeyd edək ki, 2012-ci il Yanvarın 24-də Fransa Senatının qəbul etdiyi qanunda, bu ölkədə soyqırımı inkar etmək cinayət sayılır və buna görə 45 min avro cərimə və bir il həbs cəzası nəzərdə tutulurdu. Bundan sonra qanunun əleyhinə olanlar Konstitusiya Məhkəməsinə müraciət edərək sənədin ölkənin əsas qanununa uyğun olub-olmamasını araşdırmağı xahiş ediblər. Konstitusiya Məhkəməsi isə qanunun Fransa Konstitusiyasının 33-cü maddəsinə zidd olmaqla yanaşı, fikir və düşüncə azadlıqları prinsiplərinə qarşı olduğunu əsas gətirərək onu ləğv edib.

Qanunun müəllifi olan deputat Valerie Boyer yeni bir qanun layihəsi hazırlayaraq parlamentə təqdim edəcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm