Burkina- Fasoda ordusu telekanal və radiostansiyanı tutdu
Bizi izləyin

Digər

Burkina- Fasoda ordusu telekanal və radiostansiyanı tutdu

Burkina-Faso ordusu dövlət telekanalı və radiostansiyasını tutub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ordu bu addımı Sara Sereme partiyasının yüzə yaxın tərəfdarının telekanalı mühasirəyə almasından sonra atıb.

Məlumata görə, paytaxt Uaqaduquda hazırda hərbçilərin hakimiyyətə gəlişinə qarşı etirazlar davam edir.

Qeyd edək ki, Burkina-Fasonun paytaxtı Uaqaduquda kütləvi nümayişlər oktyabrın 28-də başlayıb. Oktyabrın 31-də ordu Blez Kompaorenin artıq dövlət başçısı olmadığını açıqlayıb. Dövlət başçısı Kot-d'İvuara qaçıb. Noyabr 1-də isə hakimiyyəti polkovnik-leytenant İsaak Zida tutub.

Xatırladaq ki, Kompaore 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm