Südün, yumurtanın, quş ətinin qiyməti qalxacaq
Bizi izləyin

Digər

Südün, yumurtanın, quş ətinin qiyməti qalxacaq

Oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3,0 və 3,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2 faiz bahalaşıb.

Publika.az xəbər verir ki, birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 15,2 faiz, xiyarın 0,6 faiz, yerkökünün istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşıb. Buğdanın istehsalçı qiymətləri 4,1 faiz, arpanın 0,2 faiz, kartofun 0,7 faiz, kələmin 0,2 faiz, bibərin 0,9 faiz, göyərtinin 3,0 faiz, badımcanın 32,6 faiz, pomidorun 8,5 faiz, balqabağın 12,5 faiz, baş sarımsağın 8,4 faiz, baş soğanın istehsalçı qiymətləri isə 1,0 faiz bahalaşıb.

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 7,6 faiz, xurmanın 1,1 faiz, narın istehsalçı qiymətləri 20,5 faiz bahalaşıb. Limonun istehsalçı qiymətləri 0,4 faiz, almanın 9,4 faiz, armudun 4,1 faiz, zoğalın istehsalçı qiymətləri 9,4 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,9 faiz ucuzlaşıb. Südün istehsalçı qiymətləri 2,8 faiz, yumurtanın 8,1 faiz, quş ətinin (diri çəkidə) 8,8 faiz, inəyin istehsalçı qiymətləri isə 3,7 faiz bahalaşıb.

Onu da nəzərə çatdıraq ki, istehsalçı qiymətlərin qalxması sonda məhsulların bazar qiymətinə təsir göstərir. Buradan da belə çıxır ki, 2014-cü ilin sonu və 2015-ci il üzrə inflyasiya proqnozlaşdırılandan yüksək olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm