Vaqif Səmədoğlu Azərbaycana qayıdır
Bizi izləyin

Digər

Vaqif Səmədoğlu Azərbaycana qayıdır

İsraildə müalicə olunan şair Vaqif Səmədoğlu gələn həftə Azərbaycana gələcək. Publika.Az xəbər verir ki,bunu "Azadlıq radiosu"na şairin həyat yoldaşı Nüşabə Vəkilova deyib.Həyat yoldaşı Vaqif Səmədoğlunun səhhətinin normal olduğunu deyir:

«Müalicəsi davam edir, vəziyyəti ortadır. Hər halda, mübarizə davam edir. Əhvalı pis deyil, zarafatları da öz yerində. İki gün əvvəl gecə bir şer də yazıb paylaşıb».

Onkoloji xəstəlikdən əziyyət çəkən xalq şairi prezident İlham Əliyevin ayırdığı vəsait hesabına İsraildə müalicə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm