Londonda İŞİD təhlükəsi – kraliçaya sui-qəsd planı aşkarlandı
Bizi izləyin

Digər

Londonda İŞİD təhlükəsi – kraliçaya sui-qəsd planı aşkarlandı

Britaniya polisi kraliça ll Yelizavetaya qarşı sui-qəsd törətmək istəyən 4 nəfəri həbs edib.

Publika.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, terrorçular 2-ci Yelizavetanı cümə günü, “Kral legionu"nun hərbi münaqişələr zamanı həlak olmuş qulluqçularının xatirəsinə həsr olunan festival zamanı öldürməyi planlaşdırıblarmış.

Cinayətkarlar “Albertt-Holl”da kraliçaya bıçaqla hücum edəcəkmişlər. Ehtimal olunur ki, odlu silahları da olub.

Lakin polis 19-27 yaş aralığında olan terrorçuları vaxtında zərərsizləşdirib.

Həbs olunanların arasında yaşca ən kiçiyi olan Yusif Səid anasının “Hay Uikome” küçəsindəki evində həbs edilib. 19 yaşlı gənc bu yaxınlarda Pakistana səyahətdən qayıdıb.

Hələlik başqa məlumat verilmir. Ancaq o məlumdur ki, əməliyyatda polislə birgə antiterror mərkəzinin döyüşçüləri və xüsusi xidmət orqanı “M1”-in əməkdaşları da iştirak edib.

Hazırda həbs olunanların İŞİD terror təşkilatı ilə əlaqəsi olub-olmamaları araşdırılır.

Bir müddət əvvəl İŞİD Avropa və Amerikada terror törədəcəyini bəyan etmişdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm