Digər
Kameron Avropanı referendumla hədələdi
“Biz Avropa Birliyinə üzvlük haqqında referendumu keçirə və britaniyalılara doğru seçimi etmək imkanını verə bilərik”.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Böyük Britaniya baş naziri Devid Kameron Britaniya Sənaye Konfederasiyasının konfransında etdiyi çıxışında deyib.
Baş nazirin sözlərinə görə, britaniyalılara veriləcək seçim imkanı Avropa Birliyində qalmaq və qalmamaq məsələsinə aydınlıq gətirəcək. D.Kameron Avropa Birliyinə Böyük Britaniyanı “incitməyə" imkan verməyəcəyinə söz verib.
“Britaniya ictimaiyyətin əndişələrinə qulaq asmalıdır. Biz insanların problemlərinə, həmçinin miqrant məsələsinə diqqət ayıran Avropada olmaq istəyirik. Bu problemlər həll edilə, bu problemlər müzakirə edilə bilər”, - deyə Britaniya baş naziri vurğulayıb.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Avropa İttifaqında miqrasiya barədə qanun layihəsini dəstəkləyən İngiltərə Baş naziri Devid Kamerona qarşı çıxıb. İngiltərə baş naziri işsiz miqrantların Avropa İttifaqına girişlərinə icazəsi verilməməsi barədə qanun layihəsinin qəbul olunmasını tələb edib. Qanun layihəsinə görə, üç ay ərzində dolanışıqlarını təmin edə bilməyən miqrantlar Avropa İttifaqından çıxarılacaq.
Merkel Kameronun layihəni dəstəkləyəcəyi təqdirdə, İngiltərənin Avropa İttifaqından çıxmasını istədiyi bildirilib.
Ömər Dağlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO