Prezident İlham Əliyev: "Azərbaycan və İran əlaqələrinin gözəl gələcəyi var"
Bizi izləyin

Digər

Prezident İlham Əliyev: "Azərbaycan və İran əlaqələrinin gözəl gələcəyi var"

"Azərbaycan və İran əlaqələrinin çox gözəl tarixi və gözəl gələcəyi var".

Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ulə görüşündə deyib.

İlham Əliyev deyib ki, indi iki ölkələrimiz arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub: "Çox geniş gündəliyimiz var. Siyasi, iqtisadi, mədəni, humanitar məsələləri müzakirə edirik. Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da inkişafda olan bugünkü əlaqələrimizin rəmzidir. Mən əminəm ki, bu gün və sabah keçiriləcək danışıqlar, aparılacaq fikir mübadiləsi İran ilə Azərbaycan arasındakı əlaqələri daha da irəliyə aparacaq. Müzakirə ediləsi məsələlər çoxdur.

Bütün məsələlər çox səmimi şəkildə müzakirə olunur. Bizim niyyətimiz də birdir ki, xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxın edək. Bu, bizim əsas məqsədimizdir və bu hədəfə doğru inamla irəliləyirik. Bir daha Sizi ürəkdən salamlayıram. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm