YAP-dan “91”-lər açıqlaması: “Kim kənarda qalıbsa, öz günahıdır”
Bizi izləyin

Digər

YAP-dan “91”-lər açıqlaması: “Kim kənarda qalıbsa, öz günahıdır”

“Proses gedir, qarşıda bələdiyyə seçkilərinə hazırlaşırıq. Cənab prezident regionların sosial inkişafı ilə bağlı müşavirə keçirdi və tapşırıqlarını verdi. Bütün bunlarla bağlı, həmçinin, gündəlik məsələlərə uğun komissiyalar fəaliyyətlərini gücləndiriblər

““91”-lərin əksəriyyəti irəli çəkilib. Həmişə diqqət mərkəzində olublar və bundan sonrada olacaqlar. Kim partiyadan xaric olunubsa, kim kənarda qalıbsa, bu onun öz günahıdır, etdiyi əməllərin nəticəsidir”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az –a açıqlamasında deyib.

S. Novruzov YAP daxilində son proseslərə, yeni təyinatlara da münasibət bildirib: “Proses gedir, qarşıda bələdiyyə seçkilərinə hazırlaşırıq. Cənab prezident regionların sosial inkişafı ilə bağlı müşavirə keçirdi və tapşırıqlarını verdi. Bütün bunlarla bağlı, həmçinin, gündəlik məsələlərə uğun komissiyalar fəaliyyətlərini gücləndiriblər. Hər birinin öz planları var, buna uğun da fəaliyyət göstərirlər”.

YAP rəsmisi qeyd edib ki, yeni liderlərin, gənc mütəxəssislərin hazırlanması məqsədilə partiyanın gənc üzvləri üçün Oğuz rayonunda qış məktəbi fəaliyyətə başlayıb.“Sabah partiyanın gənclər və mədəniyyət komissiyasının toplantısı keçiriləcək. Burda iş, təhsil, xaricdə təhsil alan tələblər bağlı, eləcə də ipoteka ilə bağlı məsələlər müzakirə ediləcək. YAP cəmiyyətin həyatında bütün məsələlərlə bağlı hərtərəfli iş həyata keçirir”-deyə S. Novruzov əlavə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm