Digər
1dollar 52 rubla, 1 avro isə 65 rubla yüksəldi
Bu gün səhər saatlarında Moskva birjasında 1 dollar 52,05 rubl, 1 avro isə 64,52 rubla yüksəlib. Qeyd edək ki, ötən həbtənin sonu 1 dollar 50 rubl idi.
Publika.az xəbər verir ki, rublun dollar və avro
qarşısında sürətlə ucuzlaşmasına OPEK-in hasilatı azaltmamaqla
bağlı qərarı təsir edib. Həmin gün Moskva birjasında yeni canlanan
rubl dollar qarşısında yenidən 2 faiz ucuzlaşdı. Halbuki həftənin
əvvəlində dollar 45 rubldan, avro isə 55 rubldan aşağı düşmüşdü.
Hətta ekspertlər rublun kursunun həftənin sonuna qədər
möhkəmlənəcəyini proqnozlaşdırırdılar.
Maraqlıdır ki, OPEK-in müzakirələri rublu vursa da, Vladimir Putin
hasilatın saxlanmasının onları qane etdiyini bildirirdi. Amma
reallıq odur ki, gəlirinin təxminən yarısını neft və təbii qazdan
qarşılayan Rusiya öz büdcəsini yenidən nəzərdən keçirməyə
hazırlaşır. Energetika naziri Aleksandr Novakın açıqlamasına görə,
2015-ci ilin büdcəsində neftin qiymətinə (100 dollardan götürülüb)
düzəliş ediləcək. Bununla belə, o, 2015-ci ildə hasilatın 2014-cü
ildəki səviyyədə saxlanacağını söyləyib. Söhbət 525-526 milyon
tondan gedir.
Məlumat üçün deyək ki, OPEK üzv olmayan Rusiya gündəlik təxminən
10.5 milyon barel neft istehsal edir. 11 faiz payla dünyanın ən
böyük neft istehsalçısı mövqeyindədir. Ukrayna böhranından sonra
Qərbin sanksiyalarına məruz qalan Rusiya neftin qiymətinin
düşməsindən ciddi gəlir itkisi yaşayır. Ölkənin pul vahidi rubl
dollar qarşısında ilin əvvəlindən 28 faiz nisbətində dəyərdən
düşüb.
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti