Digər
Magistratura və rezidenturaya ərizə qəbulu başladı
Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistratura və rezidentura pillələri üzrə ərizə qəbuluna başladı.
TQDK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, magistratura səviyyəsi üzrə ərizə qəbulu internet vasitəsi ilə fevralın 20-dək aparılır.
Bakalavrlar TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət
vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və
TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə
etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və
özləri təsdiq edir.
Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil
operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar
(ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag səhifəsindəki
aktual keçidlərdə verilib).
Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının
vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da
yaradılmış SQK-da təsdiq etdirirlər.
İmtahanın birinci mərhələsi 2014-cü il martın 2-də keçiriləcək və
bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun)
yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə
25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən,
açıq tipli 5) test tapşırığı təqdim olunacaq.
Test tapşırığı nümunələri - Xüsusi buraxılışda ümumi intellekt
səviyyəsi (məntiqi təfəkkür), informatika və xarici dili (ingilis,
alman, fransız, rus, ərəb və ya fars dili) bilmə səviyyəsini
yoxlayan test tapşırığı nümunələri də təqdim olunur.
Rezidentura səviyyəsində ərizə qəbulu da bu gündən başlayır və
fevralın 20-dək davam edəcək
Namizədlər “Namizədin elektron ərizəsi” formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları
”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da
doldurur və təsdiq etdirirlər.
Ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan
Respublikasının vətəndaşları ”Namizədin elektron ərizəsi”
formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Rezidenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər “Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış
SQK-da təsdiq etdirirlər.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali
tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci
mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri,
ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
İmtahanın birinci mərhələsi martın 30-da, ikinci mərhələsi iyulun
27-də keçiriləcək.
İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal
40-dan az olmayan namizədlər buraxılırlar.
Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim
olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün
cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin
imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
Gülxar
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye