ARDNŞ neftin ötən ay üzrə bazar qiymətini açıqladı
Bizi izləyin

Digər

ARDNŞ neftin ötən ay üzrə bazar qiymətini açıqladı

2014-cü ilin noyabr ayında 60 min 477 ton dizel yanacağı, 17 min 255 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac edilib.

Publika.az-a Dövlət Neft Şirkətindən verilən məlumata görə, ümumilikdə, 2014-cü ilin yanvar-noyabr ayları ərzində 9 min 332 ton avtomobil benzini, 886 min 520 ton dizel yanacağı, 176 min 110 ton təyyarə yanacağı və 537 ton soba mazutu ixrac olunub. 2014-cü ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 732,33 dollar, təyyarə yanacağının - 750,48 dollar, dizel yanacağının - 694,86 dollar, 1% kükürdlü mazutun qiyməti 424,50 dollar təşkil edib.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən o da deyilir ki, noyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 78,90 dollara,Urals nefti - 78,92 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 79,70 dollara satılıb.

İqtisiadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm