“Cənub axını" layihəsində Avropa şirkətlərinin birbaşa zərəri 2,5 milyard avro olacaq
Bizi izləyin

Digər

“Cənub axını" layihəsində Avropa şirkətlərinin birbaşa zərəri 2,5 milyard avro olacaq

Dondurulan "Cənub axını" layihəsində Avropa şirkətlərinin birbaşa zərəri ən azı 2,5 milyard avro olacaq.

Publika.az xəbər verir ki, bu barədə South Stream Transport şirkətinin açıqlamasında qeyd edilib.

Bildirilib ki, Yapon şirkəti 320 milyon avro sifarişdən məhrum olacaq. Beləliklə, xarici şirkətlərin dondurulmuş layihədən itkiləri 2,820 milyard avro təşkil edəcək.

Boruların 50 faizinin təhcizatını isə Almaniyanın “Europipe” şirkəti reallaşdıracaqdı. Onun da itkisi 500 milyon avro təşkil edəcək. Yaponiyalı konsorsium “Marubeni-Itochu” və “Sumitomo” isə boruların 40 faizinin təminatı yönündə sifariş almışdı. Sifarişin məbləği 320 milyon avro idi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm