Zakir Həsənov əmr imzaladı
Bizi izləyin

Digər

Zakir Həsənov əmr imzaladı

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Xocalı faciəsinin ildönümü ilə əlaqədar əmr imzalayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Xocalı faciəsinin ildönümü ilə əlaqədar əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə nazirinin əmrinə və təsdiq etdiyi plana əsasən bu quruma tabe olan hərbi hissələrdə anım tədbirləri keçiriləcək.

Qeyd edək ki, bu ilin fevralın 26-da Azərbaycan Xocalı faciəsinin 22-ci ildönümü qeyd olunacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150-si isə itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm