
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Publika.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Yaralanan Əfəndiyev Rəcəb Surxay oğlu hospitala yerləşdirilib.
R. Əfəndiyev Ağstafa rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Publika.Az