Nazir azərbaycanlı şagirdlərə ana dilinin öyrədilməsinə dəstək verdi
Bizi izləyin

Digər

Nazir azərbaycanlı şagirdlərə ana dilinin öyrədilməsinə dəstək verdi


İranın irşad və mədəniyyət naziri Əli Cənnəti ölkədə yaşayan qeyri-fars xalqların dillərinin məktəblərdə tədris olunmasına dəstək verib.

“Media forum” saytının məlumatına görə, fevralın 10-da Əli Cənnəti qeyri-fars xalqların kompakt yaşadığı yerlərdə şagirdlərə ana dillərinin öyrədilməsi təklifi ilə bağlı jurnalistlərin ona verdiyi sualı belə cavablandırıb: “Ölkə konstitusiyasının 15-ci bəndində bu hüquq öz əksini tapıb. Hesab edirəm ki, biz bu hüququn konstitusiyasının təyin etdiyi həddə gerçəkləşdirilməsinə dəstək verməliyik”.

İran prezidenti Həsən Ruhaninin dini və milli azlıqlarla bağlı köməkçisi Əli Yunisi bundan əvvəl jurnalistlərə açıqlamasında ölkənin qeyri-fars xalqlarının öz ana dillərində təhsil alması məsələsinin gündəmə gəldiyini bildirsə də, bəzi şəxslər buna qarşı çıxmışdı. Bir həftə əvvəl isə Fars Dili Akademiyasının rəhbəri Qulaməli Həddad Adil (İranın dini lideri ayətullah Əli Xamneyinin qudasıdır) və qurumun digər üzvləri ayrı-ayrı bəyanatlar səsləndirərək ölkə xalqlarının öz ana dillərində təhsil almasına müxalif olduqlarını bildirmiş, bunu fars dilinin gələcəyinə bir təhdid və təhlükə kimi qiymətləndirmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm