Digər
Brüsseldə “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı görüş keçirilib
Brüsseldə “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, azərbaycanlı diplomatlar, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və CQD layihəsinə cəlb olunmuş beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.
Elşad Nəsirov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini, ölkəmizin Avropa qitəsində əhəmiyyətinin artdığını vurğulayıb. O, CQD-nin Azərbaycan-Avropa strateji tərəfdaşlığından iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihə olduğunu qeyd edib. Deyib ki, ilkin qazın həcmi Avropa üçün cüzi olsa da, Azərbaycan qazı istehlakçı ölkələrdə enerji təchizatı problemlərini kökündən həll edə bilər. ARDNŞ-nin vitse-prezidenti layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət ayrıldığını, təbii qazın digər enerji daşıyıcılarına nisbətən ətraf mühiti daha az çirkləndirdiyini vurğulayıb: “ARDNŞ Avropa İttifaqı iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır və Aİ qeyri-Avropa sərmayədarlarına lazımi strateji dəstəyi göstərməlidir”.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov CQD layihəsinin həyata keçirilməsi zərurətindən danışıblar.
Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşündə CQD layihəsini müzakirə etdiyini, Azərbaycan rəhbərliyinin layihəni prioritet olaraq gördüyünü və işlərin vaxtında başa çatdırılacağına zəmanət verdiyini bildirib. Cənab Şefçoviç etiraf etmişdir ki, Azərbaycan və Türkiyə layihə üzrə öhdəliklərini artıq yerinə yetiriblər, indi isə Avropadan üzərinə düşənləri həyata keçirməyi gözləyirlər. O, Enerji İttifaqının yaradılması üçün əlverişli anın gəldiyini vurğulayıb.
Görüşdə BP-nin CQD üzrə vitse-prezidenti Co Mörfi və Trans-Adritaik Boru Kəməri (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland da öz fikirlərini bölüşüblər.
İqtisadiyyat şöbəsi
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ