Rafet El Roman Bakıda fırtına qopardı
Bizi izləyin

Digər

Rafet El Roman Bakıda fırtına qopardı

Dünən paytaxt restoranlarının birində Türkiyənin tanınmış müğənnisi Rafet El Roman ilə Azərbaycanın tanınmış müğənnisi Sevda Yəhyayeva konsert proqramı ilə çıxış etdilər. Publika.Az-ın məlumatına görə, tanınmış təşkilatçı Nahid Emiloğlunun açıq havada təşkil etdiyi konsertdə rəqs qruplarının müşayiəti ilə hər iki müğənni maraqlı performansları ilə maraqlı məqamlara səbəb oldular.


Axşam saat 20:00-da başlayan konsertin aparıcısı Akademik Milli Dram Teatrının aktyoru Elşən Cəbrayılov idi. E.Cəbrayılov əvvəl tamaşaçıları salamladı və ilk olaraq səhnəyə DJ Çinanı dəvət etdi. DJ xarici və “Eurovison 2012” mahnı müsabiqəsinin sevilən mahnılarını səsləndirdi.

DJ Çinanın təxminən bir saatlıq çıxışından sonra səhnəyə müğənni Sevda Yəhyayeva rəqs qrupunun müşayiəti ilə fərqli görkəmdə göründü. Repertuarında yer alan yeni mahnılarını ifa edən Sevda, səhnədə olduğu təxminən 2 saata yaxın vaxt ərzində tamaşaçıların marağına səbə oldu. Belə ki, müğənni həm geyimi ilə, həm səhnə performansı ilə əsl şou göstərdi.

Sevdanın çıxışından sonra hamının gözlədiyi məqam oldu. Aparıcının onun haqqında qısa məlumat verməsi tamaşaçıları intizarda saxlayırdı. Çox keçmədən səhnəyə əvvəl onu müşayiət edəcək ansambl və iki nəfər - qız və oğlan bek-vokalçılar səhnədə öz yerlərini aldılar. Nəhayət ki, konsertin əsl səbəbkarı müğənni Rafet El Roman səhnəyə tamaşaçıların səs-küylü alqışlarıyla dəvət olundu. Müğənni reperturaında yer alan köhnə və yeni mahnılarını səsləndirdi. Amma buna baxmayaraq, tamaşaçılar Rafeti diqqətlə izləyirdilər və elə səhnənin qarşısında izadiham yaratmışdılar. Mühafizəçilər müğənniyə yaxınlaşmağa cəhd edən tamaşaçıların qarşısını almaq da çətinlik çəkirdi.

Konsertin maraqlı məqamlarından biri də Rafet ilə Sevdanın duet oxuması oldu. Eyni səhnəni bölüşən müğənnilər musiqisi Tofiq Quliyevin, sözləri Rəsul Rzanın müəllifi olduğu “Sənə qalmaz” və “Yalqızam” mahnılarını birlikdə ifa etdilər.

Konsertin təşkilatçısı Nahid Emiloğlu Publika.Az-a konsert ilə bağlı açıqlama verdi:

“Konsert ilə bağlı onu deyə bilərəm ki, tamaşaçıların ürəyincə olsun. Salonun tam dolu olması və yaşanan izdiham bunu isbat edir. Azərbaycana 2 ildir ki, gəlmirəm və yaxşı konsertlərin olmurdu. Artıq 2 ildən sonra gəldim. Konserti belə keçirərlər”.

N.Emiloğlu onu da qeyd edək ki, qarşıda Azərbaycan tamaşaçıları üçün daha yaxşı konsert proqramları gözləyir.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm