Gənc azərbaycanlı ifaçı: “Sevgi nəyə deyirsən?“
Bizi izləyin

Digər

Gənc azərbaycanlı ifaçı: “Sevgi nəyə deyirsən?“

“Xalq Ulduzu 1” mahnı müsabiqəsinin iştirakçısı, gənc ifaçı Emil Məmmədov son vaxtlar fasiləsiz çalışdığını deyib. Bu barədə Publika.Az-a gənc ifaçı özü məlumat verib.


E.Məmmədov bildirib ki, musiqisi Elvin Abdullayevin, sözləri Aysel Nəcəflinin müəllifi olduğu “Sevgi nəyə deyirsən?” adlı mahnını ifa edib. O, yaxın günlərdə lirik janrda olan mahnını jurnalistlərlə görüşü zamanı təqdim edəcəyini söyləyib.

E.Məmmədov onu da qeyd edib ki, bugünlərdə “Space” radiosunda əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarovanın təqdimatında yayımlanan “Mehribanlıqla” verilişinin qonağı olub:

“Radionun qonağı olarkən orada öz yaradıcılığım haqqında danışdım. Həmçinin bəstəkar və xalq mahnılarını, o cümlədən, verilişin sonunda SSRİ xalq artisti Zeynəb Xanlarovanın repertuarından bir mahnını canlı ifa etdim. Bu, çox məsuliyyətli idi. Amma aparıcının və dinləyicilərin rəğbətini qazanmağa çalışırdım”.

E.Məmmədovun əməkdar artist Mehriban Xanlarovanın təqdimatında yayımlanan verilişindən olan şəkilləri və ifa etdiyi yeni mahnını təqdim edirik.

Fuad Mədətov
Publika.Az





Oxumağa davam et
Reklam
Reklam

Gündəm