Azərbaycanlı müğənni od püskürdü
Bizi izləyin

Digər

Azərbaycanlı müğənni od püskürdü

Yaşar, bənzəri olan 12 illik dostundan da söz açdı. Publika.Az-a müsahibəsində Yaşar subaylığın hələ də daşını atmaq istəmədiyini dilə gətirdi. Sözügedən müsahibəni sizlərə təqdim edirik:


- Bu vaxtadək ləqəb götürməməyinizə səbəb nədir?

- Hər kəs bu vaxtadək məni Yaşar Cəlilov və ya Yaşar “Bilməzdim” kimi tanıyıb. Bundan sonra da belə tanıyacaqlar.

- Şou-biznesdə rəqib axtarmaq lazımdır, yoxsa işləmək?

- Ümumiyyətlə, şou-biznesdə olan insanların əksəriyyəti mənim rəqibimdir. Odur ki, biz ifaçılar üzərimizdə işləməliyik.

- Sizin haqqınızda pis fikirdə olan insanlar var?

- Arxamca danışan insanlara məsləhət görərdim ki, ilk öncə özlərinin eyiblərinə baxıb, sonra kiməsə şərh bildirsinlər. Səsimə də şübhə ilə yanaşan şou-biznes əhli bilsin ki, mən doğrudan da oxuya bilirəm.

- Səsinizin olub-olmamağına şübhə ilə yanaşanlar kimlərdir?

- Adlarını çəkə bilmərəm. Onu da deyim ki, şou-biznes nümayəndələrinin əksəriyyəti bir-birlərinə qarşı səmimi deyil. Hamı bir-birini yola verir.

- Yaşar Cəlilov kiminlə duelə çıxa bilər?

- Öz yaşıma uyğun hər kəslə duelə çıxa bilərəm. Hətta məndən 5-10 yaş böyük olan müğənni ilə də yarışa bilərəm. Elə məqamlar var ki, onları demək olmur. Odur ki, sözü atıram, yiyəsi götürür.

- Eyni səhnəni kiminlə bölüşə bilməzsiniz?

- Toy mərasimlərinə gedəndə kimin hansı səsə malik olduğunu bilirəm. Etiraf edim ki, xalq artisti Səməd Səmədovla eyni toyu və səhnəni bölüşə bilmərəm. Çünki sözügedən şəxs güclü rəqibdir.

- Şou-biznesdə oxşarınız var?

- Bəli, məni 12 il dostluq etdiyim Emil Bədəlova oxşadırlar. Səslərimizi, görünüşümüzü bir-birimizə bənzədirlər. Hətta demək olar ki, onunla məni səhv salırlar.

- Şəxsi həyatınızda nə kimi yeniliklər var?

- Hələ ki, heç nə yoxdur. “Subaylıq sultanlıqdır” deyib hələ evlənmək istəmirəm. Hər şeyi zamanın öhdəsinə buraxmaq lazımdır.

Ceyran Əsgərqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm