Ulduzlarımızın acınacaqlı keçmişi -
Bizi izləyin

Digər

Ulduzlarımızın acınacaqlı keçmişi -

Azərbaycanın sevilən və tanınmış ulduzlarının əksəriyyətinin illər öncə yaşadıqları həyat tərzi acınacaqlı olub. Onlara keçmişləri haqda sual verdikdə nədənsə kövrəlirlər. İllər öncə azərbaycanlı ulduzların sürdükləri avtomobilin markası və qiyməti ilə maraqlandıq. Hazırda bəzi şou-biznes nümayəndələrinin sürdükləri maşınlar bahalı olsa da əvvəl heç də belə olmayıb...


“İlk sürdüyünüz avtomobil nə olub” sualı ilə tanınmışlar arasında sorğu keçirdik. Sorğunun nəticələrini Publika.Az oxuyucularına təqdim edirik.

Müğənni Ceyhun Əliyev: “İlk aldığım maşın VAZ-2107 markalı avtomobil olub. Sözügedən maşını 2007-ci ildə 1 həftə sürdükdən sonra atama bağışladım. Ən böyük arzum idi ki, atama maşın alım”.

Aktyor Fərda Xudaverdiyev: “İlk sürdüyüm maşın 2003-cü ildə aldığım göy rəngli "Opel senator" markalı avtomobil olub”.

Müğənni Təranə Musayeva: “Mənim heç vaxt avtomobilim olmayıb. Çünki hər zaman maşını həyat yoldaşım və həmkarım Musa Musayev idarə edib. Onun da ilk sürdüyü maşın "BMW" markalı avtomobil olub”.

Müğənni Manaf Ağayev: “İlk sürdüyüm maşın 1994-1995-ci ildə aldığım VAZ-2109 markalı avtomobil olub”.

Mayestro Ceyhun: “ İlk sürdüyüm maşın 1993-cü ildə atamın aldığı ağ rəngli VAZ-2107 markalı avtomobil olub. O maşını Dağıstanda sürürlər”.

Ceyran Əsgərqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm