Tanınmış azərbaycanlı bəstəkar: “Əgər ad çəksəm...“
Bizi izləyin

Digər

Tanınmış azərbaycanlı bəstəkar: “Əgər ad çəksəm...“

Azərbaycanlı bəstəkar Nazim Məmmədov Azərbaycanda “bir nömrəli” müğənninin adını çəkməyə ehtiyat edib. Publika.Az-a müsahibə verən bəstəkar, incidiyi müğənnidən də söz açaraq hər şeyi zamanın ixtiyarına buraxdığını dilə gətirib. Nazim şəxsi həyatından da danışıb.


- Hazırda Azərbaycanda “bir nömrəli” müğənni kimdir?

- Hər kəs özü üçün “bir nömrəli” müğənnidir. Ancaq Azərbaycanda “bir nömrə” sözünə layiq olan ulduzlarımız çoxdur.

- “Onlar” dedikdə kimləri nəzərdə tutursunuz?

- Ad çəkməyəcəyəm. Əgər ad çəksəm, sənət dostlarım məndən inciyə bilərlər.

- Şou-biznes nümayəndəsi ilə aranızı vuranlar olub?

- Bəli, olub. Ancaq vaxt gələcək, aravuranlar üzə çıxacaq. Onu da deyim ki, bəzilərindən fərqli olaraq mən idarə olunmuram.

- Müğənnilərlə bəstəkarların dalaşmalarına səbəb nədir?

- Əgər ifaçı ilə bəstəkar yola getmirsə, bilin ki, günah müğənnidədir. Danılmaz faktdır ki, azərbaycanlı ulduzların əksəriyyəti işlərinə məsuliyyətsiz yanaşırlar. İfaçı ilə bəstəkarın iş rejimi və xasiyyəti uzlaşmırsa, hər zaman problemlər olacaq.

- Mahnılarınızı ifa edən müğənnilərdən razısınız?

- Müğənni, əgər mənim mahnımı ifa edirsə, razıyam. Axı bəstələrimi hər ifaçıya da etibar etmirəm. Mahnılarım, övladlarımdır.

- Yaşlı nəslin nümayəndələri gənc ifaçılara irad bildirəndə, razılaşırsınız?

- Onların fikirlərinə böyük hörmətim var. Ancaq özlərini “korifey” adlandıran bəzi yaşlı nəslin ifaçılarının iradları ilə razılaşmıram. Çünki bəzən elə kəlmələr işlədirlər ki, adamı lap hövsələdən çıxarırlar.

- Şəxsi həyatınızda nə kimi yeniliklər var?

- Nişanlıyam. Özümü xoşbəxt hesab edirəm. Bir-birimizi başa düşürük. Evlənəcəyim xanım dizaynerdir. Onu da deyim ki, yaradıcılıqla oxşar cəhətlərimiz çoxdur.

Ceyran Əsgərqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm