Digər
Baloğlan Əşrəfov: “Azərbaycanda elə müğənni var ki...“
Müğənni Publika.Az-a verdiyi müsahibədə şou-biznes əhlini yıxıb-sürüdü. İndiki ifaçılarla keçmişdəki müğənniləri müqayisə edərək, eyibləri üzə çıxardı.
- Estradadan muğam janrına keçən ifaçılara münasibətiniz
necədir?
- Azərbaycanda muğam oxuyanlar çoxdur. Hazırda muğam ifaçıları
içərisində səsi ilə dünyanı lərzəyə gətirən sənətçi Alim
Qasımovdur. Təbii ki, istedadı olan ifaçılar estradadan muğam
janrına keçə bilərlər. Ancaq nəyinsə və kiminsə xatirinə ifa etmək
lazım deyil. Hər bir müğənninin öz janrı olmalıdır.
- Hansı ifaçılar muğam yox, estrada janrında oxusalar, daha
yaxşı olar?
- Adlarını dəqiq bilmirəm.
- İncəsənətə gələn cavanlar nəyə görə muğama yox, məhz estrada
janrında oxumağa üstünlük verirlər?
- Onu deyim ki, estrada janrında ifa etmək o qədər də asan iş
deyil. Sözügedən janrı oxumaq üçün insanda ürək olmalıdır. Kimə
necə xoşdur, o yolu da tutur. Onu da deyim ki, mərhum Mirzə Babayev
estrada oxuyan olub. O, sənətini inkişaf etdirərək böyük uğurlar
qazanıb.
- İfaçılardan kimlərin səsi sizi qane edir?
- Babək Niftəliyevin, İlkinin səsini çox bəyənirəm. Onlar
istədikləri mahnını ifa edə bilərlər. Çünki səs imkanları buna yol
verir.
- Oxumaqdan çox, danışmağa üstünlük verən müğənnilərə
münasibətiniz necədir?
- Hansısa bir müğənnini verilişə dəvət edəndə, o qədər danışır ki,
oxumağına vaxt qalmır. Mənə elə gəlir ki, hər bir sənətçi özünə və
sənətinə hörmət etməlidir. Müğənnilər qalmaqalla gündəmdə cəmi 1
həftə və 1 ay qala bilərlər. İfaçını qalmaqallarla yox, mahnıları
ilə tanımaq lazımdır. Şəxsən Azərbaycanda elə müğənni var ki, mən
ancaq onu qalmaqallarda görmüşəm. Sənətindən xəbərim yoxdur.
- Söhbət kimdən gedir ?
- Adını demək istəmirəm. Çünki mənim yaş səviyyəmə uyğun deyil.
Adını çəkməsəm belə, bilirlər ki, söhbət kimdən gedir. Yəni ki,
“arifə bir işarə də yetərlidir”.
- Azəri ulduzları ancaq qalmaqallarla gündəmə gəlirlər?
- Xeyr. Artıq qalmaqal gündəmdən düşüb. İndi gündəmdə qalmaq üçün
yaşadıqları həyat tərzindən danışaraq efirlərdə reklam
olunurlar.
- Sizin fikrinizcə, belə söz-söhbətlər haradan yaranır?
- İnanın ki, boşluqdan yaranır. Ancaq mənim vaxtım olsaydı,
əvvəllər ifa etdiyim musiqiləri yenidən aranjeman edərdim.
- Keçmişdə ifa edən müğənnilərlə bugünkü cavan müğənnilərin nə
fərqi var?
- Bizim dövrümüzdə az danışıb, çox işləmək var idi. Vətəndən
kənarda kassetlərimiz çıxanda, heç kəs onu efirlərə çıxıb elan
etmirdi. Nə də ki, heç bir müğənni paltarından və libasının
qiymətindən danışmırdı. Pərdə arxası məqamlardan heç kəsin xəbəri
olmurdu. Yalnız kasetlərimizlə özümüzü tamaşaçılara sevdirirdik.
İndiki müğənnilər yalnız qalmaqal edib, şəxsi həyatlarından
danışırlar.
Ceyran Əsgərqızı
Publika.Az
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı