Rusiyada ərzaq məhsulları bahalaşdı
Bizi izləyin

Digər

Rusiyada ərzaq məhsulları bahalaşdı

Rusiya iqtisadiyyatın rublun məzənnədən düşməsi ilə paralel istehlak bazarında bahalaşma müşahidə edilməkdədir.

Publika.az xəbər verir ki, idxal olunab alkoqol içkilərin qiyməti 15-20 faiz, çay, kofe 25-30 faiz yüksəlib. Qeyri-rəsmi hesablamalar göstərir Rusiyada ərzaq 15-20 faiz bahalaşıb.

Rusiya Statistika Komitəsi isə ilin əvvəlindən Rusiyada qiymətlərin 9,4 faiz qalxdığını açıqlayıb. Məsələn, qarabaşaq yarması 4,2 faiz, qənd 3,1 faiz, yumurta 2,7 faiz, dondurulmuş balıq, bitki yağı, un, düyü 1,2-1,9 faiz bahalaşıb.

“Rostat”ın 11 ayın sosial-iqtisadi göstəriciləri ilə bağlı hesabatına görə, ilin əvvəlindən ölkədə ümumi daxili məhsul istehsalı 52392,6 milyard rubl təşkil edib. Əsas kapitala investisiya qoyluşu 1367,1 milyard rubl olub. Bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə azalma deməkdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm