Magistral neft, qaz kəmərləri ilə nəqlin həcmi bəlli oldu
Bizi izləyin

Digər

Magistral neft, qaz kəmərləri ilə nəqlin həcmi bəlli oldu

Magistral neft kəmərləri ilə 41,8 milyon ton neft nəql edilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım müşahidə olunub. Nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 31,5 milyon ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 5 milyon ton tranzit Türkmənistan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 19,6 milyard kub-metr və ya 10,1 faiz çox qaz nəql olunub. Nəql edilən qazın 30,1 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 5,9 milyard kub-metr qaz ötürülüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm