Şəhərə UNO düşdü, şahidlər bir-bir öldürüldü - ABŞ nəyi gizlədir?
Bizi izləyin

Digər

Şəhərə UNO düşdü, şahidlər bir-bir öldürüldü - ABŞ nəyi gizlədir?

1947-ci ilin iyulu... Rosuel şəhəri, Nyu Meksiko ştatı… Fermer Uilliam Brazel güclü səsə oyanır. O, bunun sadəcə göy gurultusu olduğunu fikirləşsə də, bu səsin bir qədər fərqli olduğunu hiss edir. Brazel səhəri gözləmək qərarına gəlir. Səhər açılanda tarlaya gedir və parlaq metal qalıntıları tapır.

Həmin səsin səbəbi Rosuelə düşən UNO (uçan naməlum obyekt) idi. İçərisində isə biri canlı olmaqla üç yadplanetli vardı. 1947-ci ilin 8 iyulunda “Daily Record” qəzeti bir xəbər yayımlayıb. Xəbərə görə, Rosuelin şimalında Linkoln bölgəsindəki Koronaya bir UNO düşüb, lakin bölgədəki hərbi hava bazasının əməkdaşları hadisəni ört-basdır edərək həqiqətləri gizlədib.

Hərbi rəsmilərin açıqlamasına görə, əslində UNO filan olmayıb, bütün səs-küyün səbəbi sadəcə yerə düşən bir hava balonu olub. Daha sonra aydın olub ki, hadisə daha genişmiqyaslı imiş. UNO-dan əlavə içində cəsədlər də tapılıb, hətta yaşayan bir UNO səyyahı belə olub. Maraqlı olsa da hadisə baş verdiyi dövrdə çox da səs-küy yaratmayıb.

Əsl bomba sonrakı illərdə, xüsusilə də 1993-94-cü illərdə partlayacaqdı. 1949-cu ildə yazıçı Frank Skulli sərt yazı yazaraq Rosueldə yaşanan gerçəyin dövlət tərəfindən qəsdən gizlədildiyini irəli sürüb. Sonrakı il Skulli mövzunu yenidən gündəmə gətirib və hətta ölü canlıların üzərində 1890-cı illərin geyim stilinin olduğunu vurğulayıb. Həmin il ortaya çıxan Silas Nyuton və Leo GeBauer adlı iki şahid iddianı təsdiqləyib. GeBauer maqnetik sahə fiziki idi. Hökumət isə hələ də susurdu və heç bir açıqlama vermirdi.

1947-ci ildən gələn sirr

1952-ci ildə araşdırmaçı Ed Sullivan dövlətin susqunluğunun və gizlilik səylərinin sadəcə mənfəətə bağlı olduğunu açıqlayıb. Onun fikrincə, dövlət hərbi və siyasi güc adına hadisələri gizlədir və özünü heç nə vecinə deyilmiş kimi göstərir. Sullivan iki il sonra yeni bir açıqlama verərək, 1954-cü ildə prezident Eisenhouerin həmin il Kaliforniyaya gizli səfər etdiyini, kosmik gəmini və cəsədləri gördüyünü, hətta canlı məxluqla şəxsən danışdığını bildirib. Şahid kimi isə 1947-ci ildə xidmətdə olan əsgərləri göstərib.

Rosuel hadisəsi sonrakı illərdən ta bu günə kimi zaman-zaman yada düşüb, müxtəlif iddialar irəli sürülüb, rəsmilər isə yenə də açıqlama verməyib. Lakin 1993-cü ildə Rosuel hadisəsindən ilhamlanaraq xüsusi bir film çəkilib və beləliklə, o vaxta kimi çox da diqqət çəkməyən bu olay səs-küy yaradıb. Artıq 1990-cı illərdə Amerikan cəmiyyəti əvvəlki illərlə müqayisədə daha sərt və təsirli idi. Cəmiyyətin əsas məqsədi hadisə haqqındakı reallığı öyrənmək idi. Mövzu istər UNO-lar olsun, istər senat, istərsə də bilmirəm kiminsə çirkli paltarları olsun, fərqi yox idi. Və ABŞ hökuməti bu dəfə fərqli bir açıqlama verərək araşdırma aparıldığını, nəticələrin açıqlanacağını bildirib.

Görəsən Rosuell hadisəsi tarixdə ilk və tək idimi? Xeyr, bir başqa UNO qalığı 1980-ci illərdə Norveçin Spitsberqen sahillərində Norveç əsgərləri tərəfindən tapılmışdı. Yenə oxşar bir qalıq Alman ordusu tərəfindən Heliqolandda ələ keçirilmişdi.

1955-ci il mayın 23-də amerikalı jurnalist Doroti Kilgallen deyirdi:

“İngilis alimləri hava nəqliyyatı haqqında illərdir araşdırmalar aparır və əllərində bir çox nümunələr var. Bunların Sovetlərlə də əlaqəsi olmadığı qəti şəkildə aydın olub. Uçan boşqablar yadplanetlilərindir.

Bütün dövrlərin ən böyük sirri

1952-ci il 14 iyul axşamı ABŞ-ın şərq sahilindəki Çesapeake körfəzi üzərində DC-3 uçurdu, pilot və köməkçisi birdən ortaya çıxan səkkiz üzlü bir UNO ilə qarşılaşır. Hadisəni dəqiqləşdirmək üçün ertəsi gün hərbi rəsmilərlə görüş olur və görüş zamanı zabitlərdən biri əvvəlki gecə rastlaşdığı qəribə cismin dağıntıları haqqında danışır. Köməkçi pilot Uilliam Fortenberri bir başqa zabitə bunun gerçək olub-olmadığını soruşanda “Bəli, doğrudur” cavabını alır.

Gözləri böyük idi

Yadplanetliləri gördüklərini iddia edənlərin ortaq tərifləri belədir: boyları təxminən bir metrdir. İnsana bənzəsələr də, başları böyük, gözləri həddən artıq iridir. Göz bəbəkləri yoxdur. Gözlərinin rəngi isə zil qaradır.

Bu da yaşadıqları mühitdə işığın az olduğunu göstərir. Dodaqları olmayan məxluqların incə uzun qolları və dörd barmaqlı əlləri olub. Ekspertizanın tibb bacılarından biri onların sümüklərinin taxtaya bənzədiyini bildirib. Qısası, yadplanetlilər insana xas xüsusiyyətlərlə dəyərləndirilib.

Səssizlik illərdir davam edir, 1980-ci ildən bu yana Rosuell hadisəsi tez-tez gündəmə gəlir. “Görəsən...” kəlməsi getdikcə daha böyük ərazilərdəki insanlar tərəfindən işlənilir.

Kapitan Oliver Henderson UNO qalığını yaxından gördüyünü iddia edir və yadplanetliləri təsvir edirdi, ailəsinə də danışırdı. 1980-ci illərin əvvəlində hər kəs Hendersonun danışdıqalrını müzakirə edirdi. Henderson eyni il naməlum təyyarə qəzasında həlak olur. Hadisə haqqında danışan digər insanlardan biri olan çavuş Melvin Braun da naməlum avtomobil qəzasında həyatını itirir. Bu ölümlər iddiaların doğruluğunu sübut edən dəlillər kimi qiymətləndirilir.

Nəticə

1995-ci ilin sonlarında başda Amerikan CBS və İtalyan RAI 2 Tv kanalı olmaqla, bir çox televiziya Rosuel UNO qəzası və ələ keçən yadplanetlilər haqqında əlli ildir gizlin saxlanılan məlumatların yer aldığı xüsusi bir film çəkir. Filmdə həmin məxluqlar çox yaxından göstərilir və ölülərin yarılma anı detallı şəkildə əks etdirilir.

Mütəxəssislər günümüzdə inkişaf edən inanılmaz texnologiyaya rəğmən o vaxt filmdə bu cür effektlərdən istifadə edilməsinin mümkün olmadığını bildirib. Deməli, film gerçək olub.

Üstəlik hazırda təqaüdçü olan və əlli il əvvəl orduda vəzifədə olmuş Rosuel hadisəsini yaşayan insanlar da o haqda danışmağa başlayıb. Onlar Rosuel hadisəsini təsdiq edərək həmin məxluqları gördüklərini deyib.

Hadisənin gizlədilməsinin qaynağı birbaşa ABŞ hökumətidir. Ancaq yavaş-yavaş bu sirr pərdəsi aralanır. Rosuel UNO qəzası ilə bağlı yeni məlumatlar üzə çıxır. Bəs görəsən nə vaxtsa bütün müəmmalar aydınlaşacaqmı, ABŞ bu söz-söhbətlərə son qoyacaqmı? Gözləyib, görəcəyik.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm