Bakıda torpaq harada neçəyədir? – Açıqlama
Bizi izləyin

Digər

Bakıda torpaq harada neçəyədir? – Açıqlama

İlin sonu yaxınlaşdıqca torpaq bazarında təklif portfeli artaraq, 403 ədəd təşkil edib.

İqtisadçı-ekspert Nüsrət İbrahimovun Publika.az-a açıqlamasına görə, buna da səbəb torpaq bazarında aktivliyin artması olub. Bu da öz növbəsində qiymətin də nisbətən artmasına gətirib çıxarıb: "MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -0.94% azalıb. Noyabr ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,2% artaraq, 19.058 dollar/sot səviyyəsindən 19.476 dollar/sot səviyyəsində qərarlaşıb.

Bakı şəhəri rayonları üzrə qiymət artması ən çox Nəsimi və Nərimanov rayonlarında qeydə alınıb – müvafiq olaraq 3,95% və 2,18%.

İqtisadçı bildirir ki, ümumilikdə torpaq bazarında qiymət artımı olsa da, Abşeron, Binəqədi və Xəzər rayonlarında qiymət azalması qeydə alınıb: “Bunu mərkəzi rayonların, mərkəzdən kənar rayonlara nisbətən aktiv olması ilə izah etmək olmaz. Hazırda qeyri-mövsümi ayların olması ilə əlaqədar mərkəzdən kənar rayonlarda qiymət azalması qeydə alınıbsa, mərkəzdəki rayonlarda qiymətin qalxmasını boş torpaq sahələrinin qıtlığının yaranması ilə izah etmək olar. Ümumilikdə noyabr ayı üçün torpaq bazarında ən aktiv rayonlar Binəqədi, Sabunçu və Suraxanı rayonları, ən passiv rayonlar isə Nəsimi və Səbail rayonlarıdır. Qiymətlərin və torpağa olan tələbin artmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunub. Göründüyü kimi, təklif portfelində ən çox paya malik IV zonadır. Ümumilikdə Bakı şəhəri üzrə alqı-satqı əqdlərinin əksəriyyəti III və IV zonalarda baş tutduğundan və hazırda qeyri-mövsümi ayların olmasından, bu zonalarda qiymətlərin azalma tempi daha çox müşahidə edilib. Digər iki zona isə mərkəzdə yerləşdiyindən və burada boş torpaq sahəsi qıt olduğundan torpağın qiymətində artım müşahidə edilib. Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, H.Əliyev (İnqilab) küçəsində (550 000 $/sot), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Qobu qəsəbəsində (1000 $/sot) qеydə alınıb”.

Məlum olur ki, Abşeronda torpağın sotu 5448 dollar, Binəqədidə 21804 dollar, Nərimanovda

150109 dollar, Nəsimidə 145546 dollar, Nizamidə 36563 dollar, Qaradağ 5183 dollar, Sabunçuda 6737 dollar, Səbaildə 77014 dollar, Suraxanıda 7545 dollar, Xətaidə 37250 dollar, Xəzərdə 5304 dollar, Yasamalda 130882 dollar təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm