Digər
Ən bahalı və ucuz mənzillər haradadır?
Rusiyanın daşınmaz əmlak bazarı üzrə ekspertləri müxtəlif ölkələrdə satışa çıxarılmış ən bahalı və ən ucuz mənzilləri, eləcə də fərdi evləri müəyyənləşdirib. Araşdırmanın nəticələrindən belə qənaətə gəlmək olar ki, ən bahalı və ən ucuz evlərin qiymətləri arasında nisbət 60 min dollardır.
Ən bahalı mənzillər
Fransanın Kan şəhərində alıcı gözləyən, sahəsi 400 kvadratmetr olan ev satışda olan mənzillər arasında ən bahalısıdır. Dənizə mənzərəsi və açıq eyvanı (terras) olan bu mənzilə nə az, nə çox - 60 milyon avro qiymət qoyulub. Başqa sözlə, sözügedən obyektin sahibi olmaq istəyənlər hər kvadratmetrə 150 min avro xərc çəkməlidir.
Bundan 10 milyon avro aşağı qiymətə başqa bir mənzili isə Monakoda almaq olar. Ümumi sahəsi 779 kvadratmetr olan 10 otaqlı bu mənzil 50 milyon avroya satılacağı günü gözləyir. Yəni, bu zaman yaşayış sahəsinin hər kvadratmetri təxminən 58 min avroya başa gəlir.
Reytinq cədvəlində 3-cü yerdə qərarlaşmış mənzil də Fransada yerləşir. Paytaxt Parisdə 7 otaqlı, 350 kvadratmetrlik mənzilin 47,3 milyon avro qiyməti var. Eyfel qülləsinin, belə demək mümkünsə, kölgəsində yerləşən bu mənzilə sahib olmaq üçün onun hər kvadratmetrinə 32 min avrodan da artıq pul vermək lazımdır.
Ən ucuz mənzillər
Bu baxımdan Estoniyanın Koxtla-Yarve bölgəsində satılan və o gədər də yaxşı şəraiti olmayan 4 otaqlı mənzil qiymətinin aşağı olmasına görə lider sayıla bilər. Çünki sahibi ondan cəmi 1000 avroya canını qutarmaq istəyir. 86 kvadratmetrlik bu mənzilin kvadtratmetrinin qiyməti 21 avrodur.
Koxtla-Yarvedə başqa bir mənzil isə 3 min dollara satılır və onu satışda olan evlər arasında 2-ci ən ucuz ev hesab etmək olar. 1 otaqlı, 31 kvadratmetrlik mənzilin açarını əldə etmək istəyənlər hər kvadratmert üçün təxminən 95 avrodan keçməlidir.
Ən ucuz 3-cü mənzil də Estoniyada, İda-Virumaa bölgəsində yerləşir. 44 kvadratmetrlik bu ev 3 300 avroya satılacağı günü gözləyir. Yəni, evin sahibi hər kvadratmetr üçün 82 avro pul istəyir.
Ən bahalı fərdi evlər
Latviyanın Rij rayonunda yerləşən və ümumi sahəsi 900 kvadratmetr olan, 4 hektar həyətyanı sahəyə malik fərdi ev satışdakı villalar arasında ən bahalısıdır. 10 otaqlı, hər cür şəraitli malikanə fantastik qiymətə - 132 milyon avroya satılır. Yəni, onun kvadratmetri 146-147 min avro xərc deməkdir.
Çexiyanın paytaxtı Praqanın şərq hissəsində isə 170 kvadratmetrlik həyət evinin 100 milyon avro qiyməti var. 11 sot həyətyanı sahəsi olan 2 mərtəbəli fərdi evin kvadratmetri 588 min avroya başa gəlir.
ABŞ-ın Mayami şəhərindəki 2180 kvadratmetrlik villaya isə 103 milyon dollar, yəni 75 milyon avro qiymət qoyulub. Bu evin sahibinə çevrilmək istəyənlər onun hər kvadratmetri üçün 47250 dollara, yəni 34 400 avroya xəsislik etməməlidir.
Ən ucuz fərdi evlər
Bu kateqoriyaya aid fərdi evlər Bolqarıstanın Plevene bölgəsində satılır. Bu baxımdan, ən aşağı qiymətdə şəhər kənarında yerləşən və yerli hava limanı ilə 200 km məsafəsi olan 80 kvadratmetrlik 1 otaqlı ev lider sayıla bilər. Onun qiyməti cəmi 2 200 avrodur. 9 sot həyətyanı sahəsi olan evin kvadratmetri 27,5 avroya başa gəlir.
Eyni ərazidə 80 kvadratmetrli başqa bir fərdi evə 2 900 avro(kvadratmetri 36 avroya), 95 kvadratmetrlik digər bir evə isə 2 990 avro (kvadratmetri 31,5 avroya) qiymət qoyulub. Hər iki fərdi ev 1 otaqlıdır və həyətyanı sahəsi var. Məhz bu 3 obyekt ən ucuz fərdi evlər sayıla bilər.
İqtisadiyyat şöbəsi
-
İqtisadi gündəm10:28
Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir
-
Magazin108:48
Gülyaz Məmmədovaya 47 dəfə elçi düşən məşhur musiqiçi kimdir?
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ