Vergidən büdcəyə nə qədər pul daxil olur?
Bizi izləyin

Digər

Vergidən büdcəyə nə qədər pul daxil olur?

2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard 113 milyon 622,4 min manat vəsait daxil olub.

Publika.az xəbər verir ki, 2014-cü ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 113 milyon 622,4 min manat vəsait daxil olub. Proqnoza 100,2 faiz əməl edilib. Bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28,8 faizi əlavə dəyər vergisinin, 13,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15 faizi isə digər vergilərin payına düşüb.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 306 milyon 486,5 min manat vəsait daxil olub ki, bu da ötən illə müqayisədə 14,5 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 82 688 vergi ödəyicisi qeydiyyata alınıb. 1 yanvar 2015-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 609 742 olub ki, bu da 2014-cü ilin 1 yanvar tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 13,4 faiz çoxdur.

2014-cü ildə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,2 faiz təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm