Bakıda ucuz və bahalı torpaq sahəsi hardadır?- Açıqlama
Bizi izləyin

Digər

Bakıda ucuz və bahalı torpaq sahəsi hardadır?- Açıqlama

2014-cü ilin son ayında torpaq bazarında təklif portfeli azalaraq 248 ədəd təşkil edib.

“MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin ekspertlərinin Publika.az-a açıqlamasına görə, buna da səbəb qeyri-mövsümi aylarda torpaq bazarında aktivliyin azalması olub. Hansı ki bu da öz növbəsində qiymətin nisbətən azalmasına gətirib çıxarıb.

Mütəxəssislərin araşdırmalarına əsasən torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 2,38% artıb: “Dekabr ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti -2,77% azalaraq 19.476 dollar/sot səviyyəsindən 18.937 dollar/sot səviyyəsində qərarlaşıb.
Bakı şəhəri rayonları üzrə qiymət azalması ən çox Binəqədi, Sabunçu və Səbail rayonlarında qeydə alınıb,müvafiq olaraq -6,51%, -7,44% və -5,46%. Qeyd etmək lazımdır ki, ümumilikdə torpaq bazarında qiymət azalması olmasına baxmayaraq, Abşeron rayonunda torpağın qiymətində artım baş verib. Bunu mərkəzi rayonlarda torpaq qıtlığının yaranması ilə izah etmək olar. Ümumilikdə nəzərə alsaq ki, əhali arasında fərdi yaşayış evlərinə üstünlük verənlərin sayı artır, o zaman, mərkəzdən kənar rayonlarda torpaq sahələrinin qiymətinin artmasını bazara uyğun hesab etmək olar. Son dekabr ayı üçün torpaq bazarında Abşeron rayonu istina olmaqla, digər rayonlarda passivlik müşahidə edilib. Ən passiv rayonlar şəhərin I və II zonalarında yerləşən rayonlar qeydə alınıb. Qiymətlərin və torpağa olan tələbin azalmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda azalma qeydə alınıb”.

Qrupun ekspertləri deyir ki, təklif portfelində ən çox paya malik IV zonadır- 87%. Ümumilikdə Bakı şəhəri üzrə alqı-satqı əqdlərinin əksəriyyəti III və IV zonalarda baş tutduğundan və hazırda qeyri-mövsümi ayların olması bu zonalarda qiymətlərin və alqı-satqı əqdlərinin sayında azalma tempi daha çox müşahidə edilib. Digər iki zona isə mərkəzdə yerləşdiyindən və burada tələb az olduğundan torpağın qiymətində azalma müşahidə edilib.

Məlum olur ki, ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Yasamal rayonunda, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Priküşkül qəsəbəsində qеydə alınıb, müvafiq olaraq 290 000 $/sot və 510$/sot: “Hazırda Abşeronda torpağın sotu 6115 dollar, Binəqədidə 20 384 dollar, Nərimanovda 154 775 dollar, Nəsimidə 142 452 dollar, Nizamidə 36 500 dollar, Qaradağda 5170 dollar, Sabunçuda 6236 dollar, Səbaildə 72 811 dollar, Suraxanıda 7488 dollar, Xətaidə 37 250 dollar, Xəzərdə 5352 dollar, Yasamalda 131 280 dollar olub”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm