“Kreditlərə tələbatın artması kredit faizlərinin azaldılmasına mənfi təsir göstərəcək”- Açıqlama
Bizi izləyin

Digər

“Kreditlərə tələbatın artması kredit faizlərinin azaldılmasına mənfi təsir göstərəcək”- Açıqlama

“Cari idə neftin qiyməti 35-60 dollar arasında olacaq ki, bu dövlət büdcəsində nəzərdə tutulduğundan(90 dollar) kifayət qədər azdır”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. O qeyd edib ki, cari ildə Neft Fondunun gəlirləri (5-6 milyard manat) xərclərindən (11.6 milyard manat) 2 dəfə az olacaq. Eləcə də fondun likvidliyi azalacaq: “Bundan əlavə, dövlət büdcəsinə transfert öhdəliyinin icrasında problemlər yaranacaq. Fond ehtiyatları öhdəliklərinin icra edildiyi təqdirdə əriyəcək. Dövlət Büdcəsinin gəlirləri azalacaq( neft sektorundan vergilərin azalması fonunda). Qeyri-neft sektoruna-real sektora adminstrativ təzyiqlər( Vergilər Nazirliyi, DSMF, Məşğulluq və başqaları)artacaq. Avropa Yay Olimpiya oyunlarından sonra hökumət büdcəyə yenidən baxacaq və qorunmayan xərclər, xüsusi ilə də infrastruktur xərcləri qeyri-müəyyən müddətə azaldılacaq və ya təxirə salınacaq. Xərclərin azaldılması fonunda daxili tələbat azalacaq və bazarlar nağd pul qıtlığını ən kəskin şəkildə hiss edəcək”.

Onun sözlərinə görə, istehlak kreditlərinin azaldılması və kredit faizlərinin aşağı salınması istiqamətində inzibati təzyiqlər nəticəsində bankların dilemma ilə üzləşməsi gözlənilir: “Yüksək faizli əmanət cəlbinə cəhdlər artacaq, sığortalanan əmanətlərin həcmi azalacaq. Kreditlərə tələbatın artması kredit fazilərinin azaldılmasına mənfi təsir göstərəcək. Problemli kreditlərin həcmi kəskin artacaq nəticədə bankların likvidliyində ciddi problemlər ortaya çıxacaq. Manata təzyiqlər artacaq. Mərkəzi Bankın rezervləri manatın mənzənnəsini qorumaq məqsədi ilə xərclənəcək. Bütün bu neqativ amillərlə yanaşı qlobal səviyyədə baş verənlərin fonunda Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan bəzi sahələrdə optimist məqamlar da var. Beləki, 2015-ci ildə Rusiyanın defoltla üzləşmə ehtimalı yüksəkdir ki, nəticədə bu ölkə aqressiv və məkrli siyasətini davam etdirmək gücünü itirəcək. MDB məkanında və Rusiyanın təsir dairəsində olan bir sıra ölkələrdə müasir idarəetmə və demokratik dəyərlərə söykənən hökumətlərin formalaşması üçün tarixi şans yaranacaq. Azərbaycanda iqtisadi diversifikasiya, iqtisadi liberallaşma, ÜTT-yə üzvlük, korrupsiya ilə mübarizə kimi istiqamətlərdə ictimai zərurət formalaşacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm