Facebook cinsiyyətlə bağlı yeniliklərin tətbiqinə hazırlaşır
Bizi izləyin

Digər

Facebook cinsiyyətlə bağlı yeniliklərin tətbiqinə hazırlaşır

Facebook elan edib ki, istifadəçilərin öz cinsiyyətləri barədə məlumata düzəliş etmələrinə imkan verəcək.

Facebook elan edib ki, istifadəçilərin öz cinsiyyətləri barədə məlumata düzəliş etmələrinə imkan verəcək.

Lakin bunun üçün həmin istifadəçilər bu məsələ barədə gey və transgender hüquqlarını qoruyan qruplarlardan məsələhət almalıdırlar.

Facebook bildirib ki, istifadəçilərin özlərini dəqiq ifadə etmələri üçün cinsiyyət qrafasına "bi-gender", "transgender", "androgynous" və "transsexual" kimi 50-dək variant daxil edilib.

Yeni variantlardan ilkin mərhələdə yalnız Amerika ingiliscəsində olan saytdan istifadə edənlər faydalana biləcəklər.

"“Bu dəyişiklik əksər adamlar üçün heç bir fərq etmir, lakin bəziləri üçün bu, bir dünya deməkdir”"

Sosial şəbəkə qeyd edir ki, yeni variantların hazırlanması üçün 5 tanınmış transgender və gey haqları təşkilatı ilə məsləhətləşmələr aparılıb.

"Bir dünya"

“Bu dəyişiklik əksər adamlar üçün heç bir fərq etmir, lakin bəziləri üçün bu, bir dünya deməkdir” – bildirib Facebook mühəndisi Brielle Harrison Associated Press agentliyinə.

BBC-nin Los Anceles müxbiri Alistair Leithead bildirir ki, Facebook-un bu addımı ABŞ-da gey icması üçün eyni hüquqları tələb edən transgender haqları hərəkatının artan nüfuzunu göstərir.

San Fransiskoda yerləşən “Transgender Haqları Mərkəzi” Facebook-un bu addımını alqışlayıb və bildirib ki, bu xəbər çox sayda transgenderi sevindirib.

“Williams Institute” araşdırma mərkəzinin 2011-ci ildə etdiyi bir təxminə görə ABŞ-da yaşlı əhalinin 0,3 faizini transgenderlər təşkil edirlər ki, bu da 700 min nəfər deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm