İpoteka krediti ilə daha çox 40-60 kvadratmetrlik mənzil almaq olur
Bizi izləyin

Digər

İpoteka krediti ilə daha çox 40-60 kvadratmetrlik mənzil almaq olur

2014-cü il üzrə 55 7370.6 min manat ipoteka kredit verilib. İpoteka Fondunun xətti ilə 2240 vətəndaş ipoteka krediti alıb. 1 yanvar 2015-ci il tarixinə verilən kreditlərin ümumi sayı 15842 təşkil edir.

Publika.az fonda istinadən xəbər verir ki, kreditlərin 22,2 faizi sosial ipoteka kreditlərinin payına düşüb. 3,520 min nəfər (2014-cü ildə 1135 kredit) bu kreditdən yararlanıb.

Borc alanların 32,8 faizi dövlət sektorunda, 59,6 faizi şirkət və firmalarda, 23,8 faizi maliyyə-bank sektorunda, 13,8 faizi neft-qaz sektorunda çalışır.

Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 93 faizi çoxmərtəbəli binalarda mənzil alınması, 7 faizi fərdi evlərin alınması ilə bağlı olub. Bununla yanaşı, ipoteka kreditlərinin 41,8 faizi 40-60 kv.metr sahəsi olan mənzillərin, 29,8 faizi 60-80 kv. metr sahəsi olan mənzillərin, 10,8 faizi 80-100 kv. metr sahəsi olan mənzillərin, qalanı isə digər sahələrə malik mənzillərin alınması üçün verilib.

İpotekaya götürülmüş mənzillərin çoxu (56,4%) 30-60 min manat, 34,7 faizi 60-90 min manat, 4,3faizi 90-120 min manat, 2,9 faizi 30 min manata qədər, 1,7 faizi 120 min manatdan yuxarı məbləğdə olub.

Ailəli şəxslər (67,9 faiz), kişilər (82,7faiz) daha çox mənzil ipotekaya götürüb. Borc alanların 33,9 faizinin aylıq gəliri 1100 manatı, 21,7 faizinin - 700-900 manatı, 19,1 faizininki 500 manatı ötür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm