Digər
ABŞ xaricdə fəaliyyət göstərən şirkətlərindən vergi alacaq
ABŞ xarici gəlirə sahib şirkətlərindən ölkə daxili yolların tikintisi üçün bir dəfəyə 14 faiz vergi tutmağa hazırlaşır. Əsas ağırlıq isə texnologiya şirkətlərinin üzərinə düşəcək.
Publika.az xəbər verir ki, 2 trilyon dollardan çox xarici gəlirə sahib ABŞ şirkətləri 285 milyard dollar əlavə vergi verəcəklər. ABŞ hökuməti bu vergini birdəfəyə alacaq. Əldə ediləcək gəlir konqresdə təsdiqləndikdən sonra yolların tikintisi üçün xərclənəcək.
“Audit Analytics”in məlumatına görə, vergi ən çox texnologiya şirkətlərinə təsir edəcək. Belə ki, ABŞ-ın xarici gəlirləri yüksək olan ilk onluqdakı beş şirkəti texnologiya sektorunda fəaliyyət göstərir. 2013-cü ilin rəqəmlərinə əsasən, satış həcminə görə lider “General Electric”dir. 110 milyard dollarlıq satış reallaşdıran şirkəti bu siyahıda “Microsoft” izləyir. “Microsoft” 2013-cü ildə 76.4 milyard dollar həcmində satış həyata keçirib. Üçüncü sırada isə dərman sektorunda fəaliyyət göstərən “Pfizer” gəlir. Şirkətin xaricindən təmin etdiyi gəlir 69 milyard dollar ətrafındadır. “Apple”nin xaricindən qazandığı gəlir 54.4 milyard dollardır. Göstərilən dövrdə digər texnologiya şirkətləri “IBM” 52.3 milyard, “Cisco” isə 48 milyard dollar gəlir əldə ediblər.
Qeyd edək ki, Çin başda olmaqla əhalinin sıx olduğu yerlərdə məhsul satışlarına fokuslanan ABŞ texnologiya şirkətlərinin gəlirləri hər il artır. Buna ən yaxşı nümunə “Apple”dir. Ötən həftə maliyyə cədvəlini açıqlayan “Apple”nin qazancının rekord qırdığı bəlli olub. Bu rekordun arxasındakı ən böyük səbəblərdən biri şirkətin Çindəki mağazalarının artırması göstərilir. 2016-cı ildə texnologiya nəhənglərinin xaric satışlarının daha çox artırması gözlənilir. Bu da ABŞ hökumətinin əlavə verginin böyük bir qisimini onlardan alacağı deməkdir.
İqtisadiyyat şöbəsi
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB