Rusiya qazının ixrac qiyməti düşüb
Bizi izləyin

Digər

Rusiya qazının ixrac qiyməti düşüb

“Qazprom” yetkilisi Aleksandr Medvedev 2014-cü ildə təbii qazın ixracat qiymətinin 2013-cü ilə görə 11,5 faiz azalaraq, min kubmetrinin 341 dollar təşkil etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, A.Medvedev 2014-cü ildə MDB xaricindəki ölkələrə təbii qazın ixrac qiymətinin 341 dollara düşdüyünü söyləyib. Hansı ki 2013-cü ildə “Qazprom”un ixrac qiyməti 385 dollar təşkil etmişdi.

Medvedev Avropanın qaz istehlakındakı mövsüm fərqini gündəlik 150-200 milyon kubmetrə çatdığını deyib.

Mövcud bazar şərtləri nəzərə alındıqda “Qazprom”un 2015-2017-ci illər arasında Avropaya 155-160 milyard kubmetr təbii qaz ixrac etməsi gözlənilir. Amma bu rəqəm də mövsm şərtlərinə uyğun dəyişə bilər.

Bu arada o da məlum olub ki, “Qazprom”un Avropa qaz bazarındakı payı artıb. Əgər 2013-cü ildə həmin rəqəm 30 faiz idisə, 2014-cü ildə 30,6 faizə yüksəlib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm