“Standart & Poor's” saxtakarlıqda günahlandırıldı
Bizi izləyin

Digər

“Standart & Poor's” saxtakarlıqda günahlandırıldı

Dünyanın ən böyük üç kredit dərəcələndirmə təşkilatlarından biri olan “Standart & Poor's”a cəza kəsilib.

Publika.az xəbər verir ki, təşkilat 2008-ci ildəki böhrandan əvvəl və sonra verdiyi kredit dərəcələri proqnozlarında səhvə yol verib. Hazırda buna görə “Standart & Poor's”dan 1,38 milyard dollarlıq cərimə ödəməyi tələb edirlər.

ABŞ-ın Ədalət Nazirliyi konkret olaraq qurumu dərəcələndirmə səlahiyyətindən sui-istifadə etməkdə günahlandırır. Bildirir ki, S&P ipotekaya söykənən bəzi daşınan qiymətlərin kredit reytinqini qəsdən yüksəldib.

Xatırladaq ki, “Standart & Poor's" Rusiyanın da investisiya reytiniqini “zibil” səviyyəsinə endirmişdi. Ölkənin prezidenti Vladimir Putin bu qərarın iqtisadi deyil, siyasi xarakter daşıdığını bildirmişdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm