Hesablama Palatası ləğv olunmuş Komitə ilə bağlı yoxlamaları müzakirə edib
Bizi izləyin

Digər

Hesablama Palatası ləğv olunmuş Komitə ilə bağlı yoxlamaları müzakirə edib

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə, həmçinin büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə dair auditin nəticələri müzakirə edilib.

Publika.az-a palatadan verilən məlumata görə müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm