Yunanıstanın Bakı qazı ilə bağlı 3 tələbi – Sensasiyalı açıqlama
Bizi izləyin

Digər

Yunanıstanın Bakı qazı ilə bağlı 3 tələbi – Sensasiyalı açıqlama

Yunanıstan Trans Adriatik Qaz kəməri ilə Azərbaycan qazının daşınması məsələlərinə və DESFA qaz paylayıcı şəbəkəsinin özəlləşdirilməsi mexanizminə yenidən baxmaq niyyətindədir. Ümumiyyətlə, rəsmi Afinanın qazla bağlı ortaya 3 tələbi çıxıb.

Publika.az Caspian Barrel-ə istinadən xəbər verir ki, yeni hökumətin istəyi bu gün Bakıda baş tutacaq “Cənub qaz dəhlizi” Koordinasiya Şurasının ilk iclasından sonra Yunanıstan Energetika naziri Panayiotis Ladazanisin Azərbaycan hökumət başçıları və Prezident İlham Əliyevlə görüşlərində rəsmi Bakıya təqdim olunacaq.

Bəs Yunanıstanın yeni hökumətinin istəyi nədir? İlk olaraq Yunanıstanı narahat edən TAP-la daşınacaq Azərbaycan qazının tranzit haqlarıdır. Rəsmi Afina hesab edir ki, tranzit haqları aşağıdır. İkinci məsələ, Yunanıstanın Azərbaycandan alacağı qazın qiymətlərinin rəsmi Afinanın nəzərincə bahalı olmasıdır (“Şahdəniz-2 layihəsindən Yunanıstan 2020-ci ildən başlayaraq 25 il müddətində ildə 1 mlrd kubmetr qaz almalıdır” – Caspian Barrel).

Nəhayət, Azərbaycan qazı ilə bağlı Yunanıstanın rəsmi Bakı ilə müzakirə obyekti DESFA qaz paylayıcı şəbəkisinin özəlləşdirilməsi məsələsi olacaq. Belə ki, Yunanıstan KİV-nin məlumatına görə, hökumət DESFA səhmlərinin 66%-nin Azərbaycan Dövlət Neft Şirkətinə satılmasında artıq maraqlı deyil. Hökumətdəki mənbələr bildiriblər ki, “onlar DESFA-nın yalnız 49% səhmlərinin satılmasını məqsədəuyğun hesab edərdilər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm