Digər
Yeni valyuta məzənnəsi – kreditlərdə kim qazanacaq?
Bu ilin yanvar ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,5 milyard manat məbləğində kredit ayırıblar.
Publika.az-a verilən məlumata görə, verilmiş kreditlərin həcmi 2014-cü il yanvar ayının 1-i ilə müqayisədə 20,2 faiz artıb. Onun 78,8 faizi və ya 14,6 milyard manatı uzunmüddətli olub. Kreditlərin 976,3 milyon manatının, yaxud 5,3 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 12,4 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 7,2 milyard manata çatıb.
Hesabat dövründə reyestrdən 41 bank və 45 BOKT istifadə edib. 2013-cü illə müqayisədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə edilən sorğuların sayı 1,4 dəfə artıb. 77 min nəfər öz hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib. Dövrün sonunda MKD-də haqqında məlumatı toplanan borcalanların sayı 2,316,540, kredit məlumatlarının sayı 8,977,859, cəmi zaminlərin sayı isə 1,078,807 olub.
O ki qaldı kreditlərin nə qədər hissəsinin manat və dollarla verilməsinə, 18,5 milyard manat kreditin 1437,2 milyon manatı dollarla verilib. Bu kreditlər qısamüddətli olub. Onlardan 90,6 milyon manatının vaxtı keçib. 3599,8 milyon manat kredit xarici valyutada uzunmüddətə verilib. Uzunmüddətli kreditlərin 118,1 milyon manatının zamanı keçib. Nəzərə çatdıraq ki, 2013-cü illə müqayisədə ötən il xarici valyutada verilən kreditlərin həcmi artıb. Bununla paralel vaxtıkeçmiş kreditlərin də həcmi çoxalıb. Bu arada ekspertlərin rəyinə görə, xarici valyuta ilə kredit alanlar Mərkəzi Bankın məzənnə siyasətində bivalyuta səbətinə keçid səbəbindən itkilərlə üzləşəcəklər. Belə ki, banka daha çox faiz ödəmiş olacaqlar.
İqtisadiyyat şöbəsi
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...