Quşçu sahibkarlardan təkzib: “Ətimiz təmizdir”
Bizi izləyin

Digər

Quşçu sahibkarlardan təkzib: “Ətimiz təmizdir”

Son günlər bəzi kütləvi informasiya vasitələrində quşçuluq müəssisələrində istehsal olunan quş ətinin maye vurularaq çəkisinin artırılması barədə məlumatlarla bağlı bu sahə üzrə sahibkarların iştirakı ilə mətbuat konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev mənbəyi bilinməyən bu xəbərlərin istehlakçılar arasında çaşqınlıq yaratdığını deyərək, quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirdiyini vurğulayıb: “Azərbaycanda fəaliyyət göstərən quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib. Bu fabriklərdə robot kəsim tətbiq olunur, istehsal və qablaşdırma prosesi tam olaraq müasir texnologiyalarla aparılır. Sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir. Quşçuluq fabriklərinin fəaliyyətinə, o cümlədən istehsal və qablaşdırma prosesinə aidiyyəti dövlət strukturları tərəfindən mütəmadi olaraq nəzarət həyata keçirilir”.

Aydın Vəliyev quşçuluq təsərrüfatlarının yaradılmasına və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasına verilən 110 milyon manat güzəştli kreditin quşçuluğun inkişafını təmin etdiyini vurğulayıb: “Nəticə olaraq sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1,5 dəfə artaraq 2014-cü ildə 99,4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64,1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1,3 dəfə artaraq 2014-cü ildə 1,6 milyard ədəd təşkil edib. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazara yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur”.

Tədbirdə çıxış edən, bir sıra quşçuluq təsərrüfatlarının nümayəndələri quşçuluq müəssislərində istehsal olunan toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə yayılan məlumatların heç bir əsası olmadığını vurğuladılar.


İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm